ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Əfv Təşkilatı Beynəlxalq Cinayət Məhkəməsini Qəzzada mümkün hərbi cinayətləri araşdırmağa çağırıb

Beynəlxalq Əfv Təşkilatı Beynəlxalq Cinayət Məhkəməsini keçən avqustda İsrail qüvvələrinin Qəzzada törətdiyi mümkün hərbi cinayətlərlə bağlı araşdırma aparmağa çağırıb.

bu insan haqları təşkilatı çərşənbə axşamı yaydığı yeni hesabatda İsrailin mühasirəsindəki Qəzza zolağında üç gün davam edən qarşıdurma zamanı həlak olan 49 fələstinli arasında 31 mülki vətəndaşın olduğunu bildirib.

Mərkəzi Londonda yerləşən təşkilat Beynəlxalq Cinayət Məhkəməsini “2022-ci ilin avqustunda İsrailin hücumu zamanı törədilən hər hansı mümkün hərbi cinayətləri təcili olaraq araşdırmağa” çağırıb.

Hesabatda Qəzzanın şimalındakı Cibaliya qaçqın düşərgəsini hədəf alan və 7 mülki vətəndaşın öldürüldüyü hücumun təfərrüatları açıqlanıb.

Bu təşkilat fələstinli qrupların oxşar mümkün hücumlarının da araşdırılmasını istəyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button