ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Əfv sərəncamı gözlənilir

Bu il Novruz bayramı ərəfəsi əfv sərəncamı olmayacaq. Lakin bu növbəti aylarda sərəncamın gerçəkləşməsini istisna etmir. Bu barəfə məlumatı Əfv Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib. Onun sözlərinə görə növbəti aylarda əfv sərəncamı imzalanma ehtimalı var. Lakin o sərəncamın məhz haçan gerçəkləşəcəyi haqqında xüsusi bir məlumat verməyib. Silsiləvi olaraq Novruz ərəfəsi həyata keçən əfv sərəncamının bu il verilməməsi isə bu günlərdə yekunlşan aministiya aktı ilə bağlı olmasıdır.

Ehtimallara görə növbəti əfv sərəncamı Mayın 28 -i “Müstəqillik Günü” ərəfəsi gerçəkləşə bilər. Aministiya aktının “Zəfər günü”ndə icrası paralelində növbəti vaxt ehtimalı Rzamazan bayramı və Müstəqillik günləri ərəfəsinə yaxın bir zaman olaraq 28 may tarixi daha çox ehtimala yaxındır. Lakin rəsmi dairələr hələ bununla bağlı heç bir məlumat verməyib.

Xatırladaq ki, hər il ölkədə əfv sərəncamı verilir və artıq illərdir ki, sərəncam Novruz bayramı ərəfəsində imzalanır.  

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button