ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Əbülfəz Bünyadovun evində axtarış aparıldığı bildirilir

MBH-nin məlumatına görə axtarışda 15-dən çox mülki geyimli hüquq-hüquq-mühafizə orqanı əməkdaşı iştirak edib

2015-ci ilin noyabrında Nardaranda ikisi polis, dördü yerli sakin olmaqla, 6 nəfərin öldüyü əməliyyat zamanı onurğasından aldığı güllə yaralarıyla hərəkət qabiliyyətini itirmiş Əbülfəz Bünyadovun evində axtarış aparılıb. Bu barədə Əbülfəz Bünyadovun üzvü olduğu Müsəlman Birliyi Hərəkatı (MBH) məlumat yayıb.
Məlumatda bildirilir ki, avqustun 25-də Nardaran qəsəbəsindəki evdə keçirilən axtarışda 15-dən çox mülki geyimli hüquq-hüquq-mühafizə orqanı əməkdaşı iştirak edib. Onların əlində axtarış barədə məhkəmə qərarının oıduğu deyilir.
Ümumiyyətlə, Əbülfəz Bunyadov Nardaran hadisəsində ciddi xəsarət almasına baxmayaraq, hələ də təqib və təzyiqlərə məruz qalır. Mütəmadi – hər ay müxtəlif bəhanələrlə narahat edilir. O, inanclı insanların saxta ittihamlarla həbsinə  “Facebook”dakı yazılarıyla etiraz edirdi”, – Müsəlman Birliyi Hərəkatından bildirilib.
Təşkilatdan əlavə ediblər ki, axtarış nəticəsində Əbülfəz Bünyadovun evindən müxtəlif kitablar, planşet və telefon götürülüb:
“15-dən çox mülkü geyimli evi alt-üst eləyib, amma heç bir qanunsuz əşya tapmayıblar”.
Axtarışı konkret hansı qurumun əməkdaşlarının həyata keçirdiyi məlum deyil.
Hüquq-mühafizə orqanları bununla bağlı məlumat verməyib.
Nardaran hadisələri Əbülfəz Bünyadovun həyətində baş verib. Həmin əməliyyatda onurğasından aldığı iki güllə yarasıyla hərəkət qabiliyyətini itirən Əbülfəz Bünyadov bu durumuna baxmayaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 15 il azadlıqdan məhrum edilmişdi. 2019-cu ilin iyununda onun vəkili Fəxrəddin Mehdiyev Cinayət Məcəlləsinin 76.2 (cəzanın çəkilməsinə mane olan sair ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər) maddəsinə əsaslanaraq, azadlığa buraxılması üçün məhkəməyə müraciət etmiş, vəsatət təmin olunmuşdu.
Lakin ondan sonra da qohumları gileylənirdi ki, daim darvazanın qarşısında polislər keşik çəkir, evə daxil olan şəxslərin sənədləri tələb olunur. Hətta bildirirdilər ki, bəzən Əbüıfəz Bünyadovun bacıları, onların övladları belə, gəlib-getməkdə çətinlik çəkir.
“Halbuki, Əbülfəz Bünyadov yataq xəstəsidir. Onun yatağını dəyişmək, yuyundurmaq və s. işləri görmək üçün tək adamın işi deyil, mütləq kömək lazımdır. Köməyi də qohumlar edirdilər. Qohumlar buraxılmayanda bütün yük tək həyat yoldaşının üstünə düşür. Bu da insafsızlıqdır. O evdə həm də bir xəstə uşaq var. Bunu necə eləmək olar”, – Əbülfəz Bünyadovun yaxınları belə deyirdi.
Hazırda Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə də daxil olmaqla, təşkilatın 50-yə qədər üzvü hazırda həbsdədir. Onların əksəriyyətinə qarşı narkotik ittihamı irəli sürülüb. Lakin heç biri ittihamları qəbul etmir, siyasi motivlərlə həbs olunduqlarını deyirlər.
Daxili İşlər Nazirliyi isə bu iddiaları rədd edir, həmin şəxslərin konkret cinayətlərə görə həbs olunduqlarını bəyan edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button