Ərdoğan: HƏMAS Qəzzada Anadolunun irəli xətt müdafiəsini təşkil edir
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Fələstin müqavimətinin Türkiyəni sionist İsrail rejiminin işğalçılıq niyyətləri qarşısında müdafiə etdiyini bildirib.
“İsrailin Qəzzada dayanacağını düşünməyin. Bu dövlətin qarşısı alınmasa, “vəd edilmiş torpaqlar” düşüncəsi ilə gec-tez gözlərini Anadoluya zilləyəcəklər”,- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TBMM-də AKP-nin qurultayında çıxışı zamanı deyib.
“HƏMAS Qəzzada Anadolunun irəli xətt müdafiəsini təşkil edir. Bunu görməyəcək qədər korsunuz? Mən HƏMAS-ı “Qüvvayi-milliyə” ilə müqayisə edəndə narahat olanlar var”, – Ərdoğan vurğulayıb.
Beləliklə Ərdoğan sionist İsrail rejiminin işğalçılıq mahiyyətinə və bütün müsəlman ölkələrinin torpaqlarına qarşı məkirli planlara malik olduğuna diqqət çəkmiş olub.
Ərdoğan həmçinin Netanyahunu və onun tərəfdaşlarını Hitlerin aqibəti gözlədiyini bildirib.
Türkiyə prezidentinin Sionist rejimin işğalçılıq mahiyyəti və müsəlman torpaqlara qarşı qəsbkar niyyətləri barədə bəyanatına baxmayaraq Azərbaycan Respublikası XİN-i bu rejimin işğal üzərində təsis edilməsinin ildönümü günü münasibəti ilə işğalçıları təbrik edib. Rəsmi Bakının təbrik etdiyi həmin gün, fələstinlilərə qarşı geniş miqyaslı etnik təmizləmə əməliyyatı ilə müşayiət olunmuşdur və faciə günü adlanır.