ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ərəb liqasının yığıncağında sionist rejimin Qəzzəyə qarşı hücumlarının kəsilməsi vurğulanıb

Ərəb liqasının baş katibi Əhməd Əbulqeyt dünən sammitin açılışı zamanı deyib: Bu yığıncaq İsrail rejiminin Qəzzə zolağında Fələstin xalqına qarşı təcavüzlərinin davam etdiyi bir şəraitdə keçirilir. Ərəb xalqları qəsbkar rejimin fələstinli qadınlar və uşaqlara qarşı kor-koranə zorakılıqlarını və fələstinli mühacirlərin müxtəlif bölgələrdə bomba və mərmi ilə təqib edilmələrini unutmayacaqlar.
Əbulqeyt əlavə edib: İşğalçı İsrail rejimi Qəzzə zolağına qarşı işğal və hücumlara dərhal son qoymalı və müstəqil Fələstin ölkəsi təsis olunmalıdır.
BMT baş katibi Antonio Quterreş də Manama yığıncağında vurğulayıbdır ki, Qəzzə zolağına qarşı hücum üçün heç bir əsas yoxdur.
Qəzzə zolağındakı müharibəni dəhşətli adlandıran Quterreş bildiribdir ki, Qəzzədə müharibə, bütün regiona sirayət edə biləcək açıq bir yaradır.
Misir prezidenti Əbdülfəttah Əssisi də Ərəb liqasının Manamada keçirilən otuz üçüncü sammitindəki çıxışında sionist rejimin Qəzzə zolağına qarşı hücumlarına son qoyulmasına təkid edib. Bildirib ki, ərəb ölkələri Fələstin amalının məhv edilməsi, həmçinin fələstinlilərin didərgin salınmaları və zorla köçürülmələrilə müxalifdirlər.
İordaniya kralı ikinci Abdullah fələstinlilərə və müstəqil Fələstin ölkəsinin təşkilinə dəstəyə təkid edib.
Bəhreyn əmiri Həməd bin İsa isə deyibdir ki: Şübhəsiz, müstəqil Fələstin ölkəsinin təşkili, bütün region ölkələrinin xeyrinədir və bu, böhranların azalmasına kömək edəcək.
Ərəbistan vəliəhdi Məhəmməd bin Salman da sammitin sədri kimi dünya ictimaiyyətini Qəzzə zolağında atəşkəsin bərqərarı üzrə səyləri himayə etməyə çağırıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button