ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Əli Baqiri Kəni: Beynəlxalq Ədalət Məhkəməsinin qərarları dərhal icra edilməlidir

İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kəni deyib ki, Beynəlxalq Ədalət Məhkəməsinin İsrailin Qəzzədə törətdiyi soyqırımı ilə bağlı qərarları dərhal icra edilməlidir və işğalçı cinayətkar bütün dünyanı dəlicəsinə qaniçənlik alovunda yandırmadan zəncirlənməlidirlər
 Əli Baqiri Kəni sosial şəbəkələrdəki şəxsi səhifəsində yazıb: “BMT Təhlükəsizlik Şurasının fələstinlilərin soyqırımına qarşı hərəkətsizliyi Amerika/İngiltərənin İsrailin cinayətlərində fəal iştirakının bariz sübutudur.
O, vurğulayıb ki, Beynəlxalq Ədalət Məhkəməsinin İsrailin Qəzzədə törətdiyi soyqırımı ilə bağlı qərarları dərhal icra edilməlidir və işğalçı cinayətkarlar bütün dünyanı dəlicəsinə qaniçənlik alovuna qərq etmədən zəncirlənməlidirlər.
İRNA-nın məlumatına görə, sionist rejimin Qəzzə qarşı nəticəsiz və nailiyyətsiz hücumundan 237 gün keçdikdən sonra bu rejim hər ötən gün daha çox daxili və xarici böhranlara qərq olur.
İşğalçı rejim bu müddət ərzində bölgədə qırğınlar, dağıntılar, hərbi cinayətlər, beynəlxalq qanunların pozulması, yardım təşkilatlarının bombalanması və aclıqdan başqa heç nəyə nail olmayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button