“Əgər ermənilər yaxşılıgla torpaqlarımızı tərk etsəydi, İkinci Qarabağ müharibəsi baş verməzdi
İlham Əliyev öz çıxışında deyib: “Əgər ermənilər yaxşılıgla torpaqlarımızı tərk etsəydi, İkinci Qarabağ müharibəsi baş verməzdi. İkinci Qarabağ müharibəsi Ermənistan ordusunun məğlubiyyəti ilə başa çatdı, lakin bu onlara dərs olmadı. Müharibədən dərhal sonra ermənilərə sülh təklif olundu, lakin Ermənistan revanşist ideyalarla yaşayır.”
Onun sözlərinə görə, Ermənistan faktiki olaraq sərhədlərin delimitasiyası prosesini ləngidir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata görə, o öz qoşunlarının Qarabağdan çıxarmalıdır, lakin bunu etmir. Digər tərəfdən Ermənistan Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında əlaqəni təmin edən dəhliz verməli idi. Bu gün nəinki dəhliz, hətta onun marşrutu belə təmin edilməyib.
Çıxışının davamında prezident bunları deyib: “Son aylarda Ermənistan dəfələrlə hərbi təxribatlar törədib. Təkcə Laçın rayonunda 2021-ci ildə müharibədən sonra 1400-dən çox yeni mina qoyulub. Biz dəfələrlə Ermənistana xəbərdarlıq etmişik ki, bu çirkin əməllərindən əl çəksin, əks halda peşman olacaq”.
“Ermənistan yaxşı düşünməlidir. Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz və heç kimlə hesablaşa bilməz. Bir daha demək istəyirəm ki, heç kim və heç nə bizə mane ola bilməz”, – Əliyev vurğulayıb