ArxivXəbər lentiXəbərlər

İran-Azərbaycan Respublikası əlaqələrində yeni fəsil

İranın Bakıdakı səfiri deyib: Azərbaycan Respublikası prezidenti İlham Əliyevin İrana son səfəri iki ölkə əlaqələrində yeni fəsil açıbdır.

IRNA-nın məlumatına görə, İranın Bakıdakı səfiri Möhsün Pak Ayin cümə axşamı günü bir mətbuat konfransında Azərbaycan Respublikası prezidentinin İrana olmuş son səfərinə toxunaraq, vurğulayıb: Müxtəlif sahələrdə iki ölkə arasında 11 əməkdaşlıq sənədinin imzalanmasına əsasən, bu səfəri mühüm və tarixi səfər adlandırmaq olar.

Pak Ayin əlavə edib: İran və Azərbaycan Respublikası regional məsələlərdə yaxın mövqelərə malik olub. Bakı və Tehran terrorizmi regionun təhlükəsizliyi üçün bir təhdid adlandırıb və bu problemlə mübarizə üçün əməkdaşlıq zərurətini vurğulayıblar.

İranın Bakıdakı səfiri deyib: İran və Azərbaycan Respublikası Suriya böhranı daxil olmaqla Yaxın Şərqdə mövcud olan münaqişələr məsələsində bu qənaətdədirlər ki, həmin münaqişələrin hərbi həll yolu yoxdur və dinc yollarla öz həllini tapmalıdır.

Pak Ayin İran və Azərbaycan Respublikasının Avropada islamofobiya dalğasının şiddətlənməsindən olan birgə nigarançılıqlarına toxunaraq, qeyd edib k, iki ölkə bu problemin aradan qaldırılması və müsəlmanların birliyinin qorunması üçün səy göstərir.

İranın Bakıdakı səfiri İran İslam Respublikası vətəndaşları üçün vizanın Azərbaycan Respublikası tərəfindən ləğv olunmasını mühüm müzakirə mövzularından adlandırıb və belə ümidvarlıq edib: Bu məsələ 2016-cı ilin sonunadək həll olacaq və İran vətəndaşları vizasız Azərbaycan Respublikasına səfər edə biləcəklər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button