Aktual

“Rüstəm İbrahimbəyov, Azərbaycanda yaşamır”

“Bu şəxs uzun müddətdir, Azərbaycanda yaşamır… Azərbaycan reallıqlarından tam xəbərsizdir”

Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov iyulun 13-də Zaqatala”a partiyanın rayon təşkilatının fəalları ilə görüşüb.

O, çıxışında deyib ki, Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti ölkənin gələcəyini Prezident İlham Əliyevlə görürlər:

“Ölkə seçiciləri hesab edirlər ki, növbəti 5 ildə də Azərbaycanın inkişafının təmin edilməsi, daha yüksək səviyyəyə qaldırılması, insanların rifahının daha yaxşılaşdırılması bilavasitə İlham Əliyevin fəaliyyəti, qətiyyəti, iradəsi ilə mümkündür”.

YAP sədrinin müavini “bəzi siyasi qruplar, qruplaşmalar və müxalifətçilərin öz seçki kampaniyalarını, adətən, yalan, böhtan və qarayaxma üzərində qurduğunu” vurğulayıb, deyib ki, “ötən 20 ildə xalqdan, seçicilərdən heç bir dəstək ala bilməyən bu qüvvələr indi də o yan-bu yana baxaraq Rüstəm İbrahimbəyovun timsalında özlərinə “vahid namizəd” tapıblar”.

Əli Əhmədov deyib ki, Rüstəm İbrahimbəyov, azərbaycanlı olaraq bu seçkilərdə iştirak etmək hüququna malikdir

“Lakin məsələ ondadır ki, bu şəxs uzun müddətdir, Azərbaycanda yaşamır, ölkəmizi, demək olar, tanımır, Azərbaycan reallıqlarından tam xəbərsizdir. Digər tərəfdən o, Azərbaycan vətəndaşları, Azərbaycan seçiciləri ilə təmas qurmaqda da çətinlik çəkir, təbliğat kampaniyasını xarici ölkələrdə aparır”/Azadlıq Radiosu

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button