ArxivIslamXəbər lentiXəbərlər

Türkiyə Cəfərilərinin lideri Gürcüstanda Dini Məsələlər Üzrə Dövlət Agentliyində olub

Bu gün Gürcüstanda qonaq olan Türkiyə Cəfəriləri Lideri Şeyx Səlahəddin Özgündüz və “Almaniya İslam Alimlər” Birliyinin nümayəndəsi Hacı Məhəmməd Mücahidi Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi İdarənin digər həmkarları ilə birgə nazirlər kabinetində Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze və qrumun əməkdaşları ilə görüşüblər.

Öncə dövlətin dini qurumunun sədri qonaqlara ölkə müsəlmanlarının say, tərkibvə vəziyyəti haqqdab məlumat verib. Ölkədə ikinci din olan İslam dininə və onun ardıcıllarına dövlətin diqqət və qayğısının və dəstəyinin artması barədə söz açan sədr Gürcüstanın tolerantlıq sahəsində dünyaya örnək bir dövlət olduğunu bildirib.  Bu barədə Hədəf14.az-a Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən məlumat verilib.Şeyx Səlahəddin və Almaniyalı din alimi ölkənin vətəndaşı olan müsəlmanlara dövlətin baxışını və dəstəyini müsbət qiymətləndirdiyini dilə gətirib.

O, İslam dininin sağlam şəkildə yaşamasının şübhəsiz ölkəyə sülh, sayqı və əmin-amanlıq gətirəcəyindən və gənclərin yanlış yoldan ayırmasına səbəb olacağını vurğulayıb. Qonaqlar iki gün ərzində onlarda Gürcüstan xalqına, təbiətinə və dövlətinə qarşı böyük sevgi yarandığını söyləyərək, Gürcüstandan xoş təəsuratlarla ayrılacaqlarını bildiriblər. Ölkədəki Dini İdarənin şeyxi ilə dini sahədə əməkdaşlığa hazır olduqlarını deyən qonaqlar, İmam Əlinin (ə) mübarək təvəllüdü münasibəti Gürcüstan müsəlmanlarını təbrik ediblər.

Sonda Dini Agentlik adından Türkiyə Cəfərilərinin liderinə gürcü dilinə tərcümə edilən Qurani Kərim hədiyyə edilib. Şeyx Səlahəddin də üzərində Quran ayəsi yazılmış bir tablonu Dini Agentliyin sədrinə təqdim edib.

Sonda xatirə şəkilləri çəkilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button