ArxivXəbər lentiXəbərlər

Cəmkəran məscidinin tikilməsi ilə bağlı məlumatlar

Cəmkəran məscidinin tikilməsi ilə bağlı mərhum hacı Nuri “Nəcmus-Saqib”, “Cənnətul-məva”, “Əl-kəlimətut-təyyibə” kitablarında, Mirza Məhəmməd Təqi Ərbabe Qummi “Tarixi darul-iman” kitabında məlumat verir. Bundan əlavə Həsən ibn Məhəmməd ibn Həsən Qumminin “Tarixe-Qum” (“Munisul-həzin” kitabı əsasında) məlumatlar var.
Bu məlumat Həsən ibn Məslə Cəmkəraninin əhvalatına əsaslanır. Bildirilir ki, bu şəxs 293-cü ildə həzrət Mehdi (ə) ilə görüşmüşdür. Bu görüşdə həzrət ona göstəriş vermişdir ki, dəyərli Qum alimlərindən olan Seyyid Əbül-Həsən Ər-riza ilə əlaqə yaradıb, onun köməyi ilə bu yerdə (Cəmkəranda) məscid tiksin… (“Bihar”, c. 53, s. 230.)
Bundan əlavə, “Munisul-həzin” kitabına əsaslanaraq bildirirlər ki, Əmirəl-möminin həzrət Mehdi (ə) bayrağının Cəmkəran məscidində qalxacağını bildirmişdir.
Cəmkəran məscidinin tikintisi haqqında məlumat verən sənəd mötəbərdirmi?
Müqəddəs Cəmkəran məscidi və orada qılınan namaz haqqında sənəd araşdırması aparmağa ehtiyac yoxdur. Çünki mötəbər sənədli hədislərə əsasən, savaba çatmaq ümidi ilə müstəhəb iş görən kəs əməlin müstəhəbliyindən xəbər verən hədis mötəbər olmasa belə, savaba çatır.
Kuleyni səhih sənədə əsasən nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: “Hər kəs bir işin savab olduğunu eşidib onu yerinə yetirsə, eşitdiyi xəbər düzgün olmasa belə, həmin şəxsə savab veriləcək.”
Bərqi nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: “Bir şəxs peyğəmbərin savab saydığı bir işi yerinə yetirsə, əslində peyğəmbər o işi savab saymamışsa da, bu şəxsə savab verilər.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button