ArxivXəbər lentiXəbərlər

Eldar Mahmudov Maqsud Mahmudovun əmlakını niyə qaytarmır?

Ədliyyə Nazirliyinin Nərimanov rayon İcra Şöbəsi sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun və onun dövründə MTN-də müstəntiqolmuş Cavid Quluzadənin qarşısında aciz qalıb. İcra şöbəsi iş adamı Maqsud Mahmudovla bağlı Nərimanov Rayon Məhkəməsinin qərarını icra etməkdə çıxılmaz vəziyyətlə qarşılaşıb. Sahibkarın əmlaklarının MTN qruplaşması tərəfindən hədə-qorxu yolu ilə əlindən alınması sübuta yetirilib və Nərimanov Rayon Məhkəməsi iş adamının mülklərinin qaytarılmasına dair qətnamə çıxarıb.

Eyni zamanda Bakı Apelyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb. Lakin Mahmudov şəbəkəsi və MTN-nin müstəntiqi C.Quluzadənin iradəsinə qarşı gələ bilməyən icra şöbəsi aciz vəziyyətdə qalıb. MTN şəbəkəsinin qurbanı olmuş iş adamı saytımız vasitəsi ilə 1-ci vitse-prezident Mehriban Əliyevaya müraciət etmişdi. Maqsud Mahmudov bildirirdi ki, məhkəmə hökmünün icra olunmamasından şikayətçidir.

Onun sözlərinə görə, MTN bandası tərəfindən qəsb edilmiş əmlaklarının qaytarılması barədə məhkəmə qərarı var. Amma bu günə kimi icra olunmayıb.

“Hörmətli Mehriban xanım, sizin 1-ci vitse-prezident təyin olunmağınız sahibkarları ümidləndirib. Sizin bu vəzifədə olduğunuz dövrdə sahibkarlığın inkişafı ilə bağlı müsbət irəliləyiş olacağını gözləyirik. Belə ki, 2016-cı ilin əvvəlində MTN-nin müstəntiqi Cavid Quluzadə və Azad İsmayılova qarşı iddia qaldırmışam. Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişəm. Bakı-Sumqayıt yolunda yerləşən “Las Veqas” restoran kompleksim və “Mercedes C 300″ markalı, qara rəngli, Az 90 ZD 650 nömrə nişanlı maşınım MTN əməkdaşları tərəfindən zorla alınıb. Maşını müstəntiq Cavid Quluzadə əvvəlcə öz adına keçirib”,-deyə M.Mahmudov bildirib.

Bildirilir ki, 2015-ci ilin əvvəlində iş adamı Maqsud Mahmudov “Texnikabank”dan 1 milyon 500 min manat kredit alıb.Özü də bilmədən “MTN çetesi”nin diqqət mərkəzinə düşüb. İş adamı həmin kreditin alınması üçün Bakı-Sumqayıt yolunda yerləşən “Las Veqas” restoran kompleksini girov qoyub. Kreditin alınmasından 3 ay sonra M.Mahmudovu “Texnikabank”ın Müşahidə Şurasının sədri vəzifəsini icra edən Ayaz Gərayzadə və müavini, Beynəlxalq Bankın sədri Cahangir Hacıyevin bacısı oğlu Cəmin Hacıyev çağırıblar. Onlar iş adamına qarşı ağlasığmaz tələb irəli sürülüb.

İş adamı başına gələnləri danışıb: “Məndən reket qaydasında 2020-ci ilədək geri qaytarmalı olduğum krediti 3 günə geri ödəmək tələb olundu. Heç bir məntiq yoxdur ki, üç günə krediti qaytarasan. 3 gün sonra isə mən MTN-in istintaq şöbəsinin müstəntiqi Cavid Quluzadənin müşayiəti altında “Texnikabank”a, Cəmin Hacıyevin hüzuruna aparıldım. Mənə MTN-ə aparmaqla təhdid etdilər, başıma oyun açacağını dedilər. Məni MTN-çi müstəntiq və digərlərinin əhatəsində təhdid altında Sumqayıt şəhərində yerləşən notariuslardan birinə apardılar. Orada “Las Veqas” restoran kompleksini özləri ilə gətirdikləri Azad İsmayılovun adına rəsmiləşdirdilər. Cəmin Hacıyev bununla da kifayətlənməyib, hesabımdan 115 min dollar köçürtdürdü. Bundan başqa, qardaşı oğlumun adına olan “Mercedes C 300″ markalı, qara rəngli, Az 90 ZD 650 nömrə nişanlı maşın müstəntiq Cavid Quluzadənin adına rəsmiləşdirildi”.

O, restoranının, maşınının və əlindən alınan 115 min dolların geri qaytarılması iddiası ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Nərimanov Rayon Məhkəməsinin hakimi Abbas Əliyev iddianı araşdırıb və təmin edib. Müstəntiq Cavid Quluzadə barəsində xüsusi qərardad çıxarılaraq Baş Prokurorluğa göndərilib./politika/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button