Aktual

Təşəkkürün səbəbi nədir?

İlham Əliyev hamam suyu ilə dost qazanmaq istəyən adama bənzəyir.

Bu gün yayılan xəbərlərə görə prezident İlham Əliyevin göstərişi ilə bütün məscidlər və məbədlərə verilən istilik sistemi təmənnasız olacaq.

Bu barədə rəsmi məlumat olmasa da xəbər KİV-dən yayılıb. O saat da Azərbaycanın dindar kəsimi adından dövlət başçısına təşəkkürlər, minnətdarlıqlar üvnalanır ki, bu da anlaşılan deyil.

Birincisi, nəzərə almaq lazımdır ki, əgər belə bir göstəriş varsa bu təkcə məscidlərə deyil bütün ibadətgahlara aiddir ki, biz nə yəhudi icmasının, nə də xristian icmalarının təşəkkürlərini görmədik.

İkincisi, məscidlərin əksəriyyəti istilik sisteminə ümumiyyətlə qoşulmaq imkanı belə
” bu cür məsrəfləri məscidlərin icmaları öz hesabına ödəyə bilir, ancaq məscidlərin sökülməsi, hicabın qadağası ilə bağlı mübarizə göz qabağındadır, digəl İlham Əliyev bu problemlərlə bağlı bir kəlmə də olsun söz demir. “
yoxdur, olmayan, istifadə etmədikləri istilik xidmətinin pulun məscidlərə bağışlamaqla prezident İlham Əliyev hamam suyu ilə dost qazanmaq istəyən adama bənzəyir. Ancaq lətifədən fərqli olaraq İlham Əliyev bunu bacarır, çünki bəzi özünü dindar adlandıranlar bütün dindarlar adından prezidentə təşəkkür edir.

Bu günə qədər hələ heç kim deyə bilməz ki, hansısa bir məscidin dini icması istilik sistemi ilə bağlı harasa şikayət edib, çünki bu cür məsrəfləri məscidlərin icmaları öz hesabına ödəyə bilir, ancaq məscidlərin sökülməsi, hicabın qadağası ilə bağlı mübarizə göz qabağındadır, digəl İlham Əliyev bu problemlərlə bağlı bir kəlmə də olsun söz demir.

Elə şəri baxımdan da hicab qadağsı dindarlar üçün ən önəmli və aktual mövzudur, ancaq əfsuslar ki, nəinki bu problem aradan qaldırılmayıb, hətta bəzi dindarların hesabına hicab qadağası yaddan belə çıxarılırır.

Sözsüz ki, hamı eyni cür deyil, şükür Allaha ki, cəmiyyətimizdə hacı Tele kimi, Nihad kimi hicabı müdafiə edən dindar gənclərimiz də var.

islamtimes

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button