Aktual

Bəs İlham Əliyevin təbliğata ehtiyacı yox idi?!

Əli Əhmədovun əməlləri Əli Həsənovun sözlərini təkzib edir

 Qəzetimizin ötən sayında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun prezident Ilham Əliyevin seçki kampaniyası aparmayacağını dediyini yazmışdıq. PA rəsmisi buna ehtiyac duyulmadığını, ölkə başçısının seçkilərin sabahını yox, nəsillərin sabahını düşündüyünü demişdi.

Lakin hakim partiyanın rəhbərliyində təmsil olunan şəxslərin atdığı addımlar bunun tam əksini göstərir. “Azərbaycan” qəzetinin səhifələrinə baxanda YAP sədrinin müavini Əli Əhmədovun son günlər rayonlarda seçki təbiğatı apardığını görmək olar. Belə ki, o, Göyçay və Ağdaş rayonlarında olarkən hər kəsi Ilham Əliyevə səs verməyə çağırıb. Bu da ilk növbədə qanunvericiliyə zidd addımdır. Eyni zamanda Əli Həsənovun “Ilham Əliyevin təbliğata ehtiyacı yoxdur” fikirlərinə hakim partiyanın özünün inanmadığını göstərir. Əgər belə olsaydı, YAP indidən təbiğata başlamazdı.
YAP-ın bu addımı müxalifət tərəfindən də mənfi qarşılanıb.

«Bu, Seçki Məcəlləsinin müvafiq maddələrinin pozulması və Konstitusiyaya hörmətsizlikdir»

AXCP Ali Məclisinin sədri Həsən Kərimov bunu Seçki Məcəlləsinin müvafiq maddələrinin pozulması və Konstitusiyaya hörmətsizlik kimi qiymətləndirir. Bu da hakimiyyəin özünə əmin olmamağından irəli gəlir. Milli Şuranın yaradılması və son vaxtlar AXCP-nin yerlərdə keçirdiyi uğurlu müşavirələr iqtidarı narahat etməyə başlayır: “Bilirlər ki, yerlərdə hakimiyyət nüfuzunu itirib və ona görə Əli Əhmədov YAP-ın yerlərdə genişləndirilmiş müşavirələrini keçirir. Həmin müşavirələrdə Ilham Əliyevin son vaxtlar qazandığın uğurlardan ağız dolusu danışmağa başlayırlar. Ancaq bu ”uğurlarla” xalqı aldada bilmirlər. Milli Şuranın yaradılmasına beynəlxalq aləmin diqqətinin artırılması, seçicilərin Milli Şuranın namizədi üzərində fokuslaşması hakimiyyəti narahat edir. Ancaq apardıqları təbliğat mənasızdır. Artıq Azərbaycan xalqı Əli Əhmədov və onun təmsil olunduğu partiyanın iç üzünü yaxşı bilir. Azərbaycan xalqının başına açdığı oyundan xəbərdardılar. Ona görə bu yalanlar ayaq tutub yeriməyəcək. Son nəticədə Azərbaycan seçicisi müxalifətin namizədinə səs verəcək”.

«Qanunlar bu iqtidara tətbiq olunmur deyə, onlar arxayındılar və bütün qanunsuzluqlara gedirlər»

Müsavat başqanının müavini Gülağa Aslanlının sözlərinə görə, heç vaxt seçki keçirməyən hakimiyyət təbliğat keçirməyə ehtiyac duymadığını deyir. Bunların anlamında təbliğat aparmağa heç bir ehtiyac yoxdur. Çünki seçki bülletenlərini yox, protokolları saxtalaşdırırlar və istənilən nəticəni ortaya qoyurlar. Eyni zamanda ölkə qanunlarla idarə olunmur: “Ölkə padşahın bir sözü ilə idarə olunur. Istənilən vaxtda da, istənilən təbliğat metodundan istifadə edirlər. Iki gün əvvəl Ilhamə Quliyeva televiziyada çıxış edərək öz problemlərindən danışa-danışa sonra da dedi ki, Azərbaycan seçicilərini Ilham Əliyevə səs verməyə çağırıram. Əgər bunu müxalifətin bir nümayəndəsi eləsə, sənədi ortaya çıxarıb qabaqcadan təbliğat apardığına görə müxalifət namizədinin nəticəsini ləğv edə bilərlər. Amma Ilham Əliyev haqqında təbliğat aparılır, qəzetlərdə yazılır. 2008-ci ilin yanvar ayında qəzetlər onun təbliğatını başlamışdılar. Biz bunun qanunsuz olduğunu deyəndən sonra yığışdırdılar. Sonradan kimsə onu MSK-ya çıxarmadı. Qabaqcadan təbliğata başladığına görə namizədliyi ləğv eləmək imkanı var. Qanunlar bu iqtidara tətbiq olunmur deyə, onlar arxayındılar və bütün qanunsuzluqlara gedirlər. Yanvar ayında Müsavat Isa Qəmbərin namizədliyini irəli sürəndən sonra Siyavuş Novruzov və digərləri çıxıb deyirdilər ki, hələ seçki kampaniyası başlamayıb, bunlar namizədini irəli sürürlər, bu, qanunsuzdur. Maddə göstərirdilər. Sonra isə Ilham Əliyevin, ardınca Mehriban Əliyevanın namizədliyini irəli sürdülər, bu qanunsuz olmadı”.
G.Aslanlı iqtidar nümayəndələri üçün qanun anlayışının olmadığını deyir. Yalnız istədiklərini həyata keçirirlər. Ancaq bütün bu sənədləri toplamaq və Milli Şuranın vahid namizədinin sənədləri təqdim olunandan sonra çıxarıb ortaya qoymaq lazımdır ki, qeydə alınmamşı namizəd haqqında qabaqcadan təbliğat aparılır. (azadlıq)

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button