ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Rusiyanın nümayəndəsi AŞPA-nın anti-Azərbaycan mövqeyini qınadı

Rusiyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü......

 Rusiyalı deputat Leonid Slutski deyib ki, monitorinq prosedurlarına həsr edilmiş qətnamə layihəsinin Qarabağ məsələsinə aid üçüncü paraqrafı reallığı əks etdirmir və əlavə edib ki, AŞPA-da qəbul olunan qərarlar ölkələri iki qütbə parçalamamalıdır.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Fazil Mustafa da sözü gedən qətnaməyə münasibət bildirərkən deyib ki, həmin qətnamə layihəsində media, insan haqları, erməni əsirləri ilə bağlı məsələlərdə xeyli qərəzli yanaşma ortaya qoyulub. Həmin sənəddə birtərəfli mövqe sərgilənib. Həmçinin cinsi azlıqlarla bağlı məsələlərdə Azərbaycanı qınayıcı müddəalar əks olunub. Bunlar mahiyyət etibarilə Azərbaycanın əleyhinə əvvəlcədən düşünülmüş, planlaşdırılmış bir yanaşmadır. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin digər üzvü, deputat Asim Mollazadə isə deyib ki, AŞPA Ermənistanla bağlı monitorinqində hər şeyə gözünü yumub: “Avropa Şurası Ermənistanın quzu imicini yaratmağa çalışır”,- deyə deputat bildirib.

Avropa Birliyini Ermənistanı demokratik ölkə kimi təqdim etməyə səy göstərməkdə ittiham edən Mollazadə avropalıların Azərbaycan xalqına qarşı 30 illik işğal dövründə törədilmiş cinayətlərin də Avropa tərəfindən ört-basır edilməsinə diqqət çəkib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button