Aktual

Söz azadlığının “Azadlıq” adası

Heydər Əliyevin sevdiyi addımlardan biri bu idi ki, əvvəl qəzetləri iflic edir sonra da elə özü onlara hər hansı bir yardım edib özünü xilaskar kimi, azad söz tərəfdarı kimi göstərirdi.

Keçən həftə mətbuatın gündəmi Azərbaycanda azad sözə qarşı hakimiyyətin aşırı basqısı ilə başladı və davam edir.
Bir neçə gündür hər kəs “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin, hakimiyyət təmsilçilərinin və ya hakimiyyətə yaxın adamlar tərəfindən məhkəmə vasitəsilə yüksək məbləğdə cərimələnməsi, nəşriyyata olan borclarının mətbəə tərəfindən tələb olunması, Metro stansiyalarında bu qəzetlərin satışına qadağa qoyulması, mətbuat yayım şirkəti olan Qasidin qəzetlərə olan borcunu ödəmməsindən və bunun da nəticəsində qəzetlərin sünii şəkildə müflis olmasından danışılır.
“Yeni Müsavat” qəzetinin redaktoru Rauf Arifoğlu və “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev bir neçə gündür fəryad siqnalı verir, cəmiyyəti onların probleminə biganə qalmamağa, dəstək verməyə çağırır, qarşılaşdıqları problemlərə maksimum ictimai diqqəti cəlb etmək istəyir.
Düzdür, cəmiyyətdə “Yeni Müsavat” qəzeti haqqında fikir birmənalı deyil, ancaq “Azadlıq” qəzetini hamı birmənalı şəkildə hakimiyyətə xidmət etməyən qəzet kimi tanıyır və onu da qeyd etmək olar ki, “Yeni Müsavat” qəzetinin vəziyyəti “Azadlıq” qəzetinin vəziyyətindən daha ağır və dözülməzdir, artıq noyabrın 12-dən etibarən “Azadlıq” qəzeti qeyri müəyyən müddətə çapını dayandırdı.
Redaksiya yalnız sayt vasitəsilə cəmiyyəti məlumatlandıracaq. Qəzetlərə hücumu hakimiyyət təşkil edən zaman həm Tağı Əhmədov kimi məmurlardan, Kəbirə Məmmədova kimi biznes ledilərdən istifadə edir, həm də həmişəki kimi əldə alət olan hakimlərdən.
Rauf Arifoğlu qəzetinə yardım olunması məqsədilə marafon keçirməyə də nail olub. Eyni tədbiri “Azadlıq” qəzeti də noyabrın 15-dən etibarən keçirməyi planlaşdırır. Ancaq buna qədər, noyabrın 12 və 13-də isə Rahim Hacıyev mətbuata vəziyyətləri barədə məlumat verib, RATİ-nin ofisində mətbuat konfransı keçirərək xarici ölkə səfirliklərin (ABŞ, İngiltərə, Almaniya, Polşa və başqa ölkələr) nümayəndələrinə, ölkədə real olaraq hakimiyyətdən aslı olmayan sonuncu qəzetin əliyev rejimi tərəfindən necə susdurulmasından bəhs edib.
“Azadlıq” qəzetinə xaricdən də dəstək verilməsinə başlanıb. Görülən tədbirlərin nəticə verəcəyinə inanmaq olardı, çünki Heydər Əliyevin sevdiyi addımlardan biri bu idi ki, əvvəl qəzetləri iflic edir sonra da elə özü onlara hər hansı bir yardım edib özünü xilaskar kimi, azad söz tərəfdarı kimi göstərirdi.
İntəhası İlham Əliyev atasının siyasətini davam etsə də tam atasına da bənzəmir, qəzetləri susdurmaq, məhv etmək və sonra da onları heç diriltməmək kimi addımları atmağa qadir adamdır. Bununla belə yenə bilmək olmaz, bəlkə də qəzet rəhbərlərinin fəryadı eşidildi və müşkülləri həll olundu. Onu da qeyd edim ki, hər iki qəzetin çapı dayandığı halda onların sayt vasitəsilə oxucuların qarşısına çıxması kimi alternativ və bəlkə də ən rahat yolları var, bu yolla öz sözlərini deməyə davam edəcəklər, bu yol qəzet redaktorları çarəsizlikdən doğan yol kimi qəbul edirlər. “Azadlıq” qəzetinə məşdi Natiq Kərimov öz dəsəyinə verməkdən başqa, həm də xalqı baş verənlərə qarşı biganəliyindən gileylənib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button