ArxivXəbər lentiXəbərlər

Gürcüstanda yeni parlament sədri seçildi

Gürcüstan parlamentinin bugünkü plenar iclasında Arçil Talakvadze sp

Gürcüstan parlamentinin bugünkü plenar iclasında Arçil Talakvadze spiker seçilib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, onun namizədliyi səs çoxluğu ilə təsdiqlənib.
A.Talakvadzenin lehinə 101 deputatdan 94-ü səs verib.
Parlamentdə təmsil olunan müxalif Avropalı Gürcüstan və Vahid Milli Hərəkat partiyalarından olan deputatlar səsvermədə iştirak etməyiblər.
Qeyd edək ki, A.Talakvadzenin 36 yaşı var. O, 2016-cı ildən hakim Gürcü Arzusu Partiyasının deputatı və parlament çoxluğunun lideridir. A.Talakvadze 2012-2014-cü illərdə Gürcüstanın penitensiar sistem və probasiya nazirinin müavini, 2014-2016-cı illərdə isə daxili işlər nazirinin müavini vəzifələrində çalışıb.
Qeyd edək ki, Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze iyunun 21-də istefa verib.
Gürcüstanda yeni parlament sədri seçildiiker seçilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button