ArxivIslamXəbər lentiXəbərlər

Azərbaycan R-da İmam Hüseyn(ə) əzadarları üçün məhdudiyyət tətbiq olunub

Azərbaycan Respublikasının Qafqaz Müsəlmanları İdarəsinin sədri bildirib ki, Məhərrəm ayında, eləcə də Tasua və Aşura günlərində bu ölkədə əzadarlıq dəstələrinin hərəkəti qadağandır.

Fakt-Xəbər saytının məlumatına görə, Allahşükür Paşazadə dünən Lənkəran şəhərində deyib ki, bu ölkə şəhərlərində müxtəlif heyətlərin əzadarlıq dəstələrinin hərəkəti qadağandır və hər cür qanun pozuntusu nağd cərimə və müxtəlif şəxslərin həbsi ilə nəticələnəcək.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da bazar günü bildirmişdi ki, hüseyniyyələr, mənzillər və küçələrdə hər cür əzadarlıq mərasiminin keçirilməsi qadağandır və yeni bildirişə əsasən, Məhərrəm ayında Aşura mərasimi yalnız məscidlərdə keçiriləcəkdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button