Aktual

Əvəz Zeynallının işi Ali Məhkəməyə göndəriləcək

“Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının işindən şikayət hazırlanıb. Vəkil Elçin Sadıqov “Media forum” saytına deyib ki, şikayət ərizəsi gələn həftə Ali Məhkəməyə göndəriləcək: “İstəyimiz cinayət işinə bəraətverici əsaslarla xitam verilməsidir”.

Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. 2011-ci il oktyabrın 28-də tutulan Əvəz Zeynallı külli miqdarda rüşvət alma və vergi ödəməkdən yayınmada təqsirli bilinib. Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.

Əvəz Zeynallı 10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.

Elçin Sadıqov iyunun 14-də “Media forum”a bildirib ki, Əvəz Zeynallıya qəzet verilmir: “Ümid edirik ki, bu problem tez bir zamanda həll olunacaq. Çünki artıq karantin müddəti də bitib. Səhhəti də normaldır. Əvəz bəyin ayda iki dəfə ailəsi ilə görüşmək hüququ var”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button