Aktual

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətləri artdı

Verilən məlumata görə, dəyişiklik Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi elektron xidmət növlərini əhatə edir.

İndiyə qədər dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışı ilə bağlı ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılması ilə əlaqədar razılığın verilməsi üçün Dövlət Komitəsinə müraciət etmək zəruri olub. Dəyişikliyə əsasən, artıq kağız daşıyıcıdakı ədəbiyyatlarla bərabər, elektron daşıyıcılardakı dini təyinatlı ədəbiyyatın, audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı ilə bağlı ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılması ilə əlaqədar razılığın verilməsi üçün Dövlət Komitəsinə müraciət edilməlidir.

Dövlət Komitəsinə dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının istehsal, idxal, ixrac edilməsinə, habelə sərbəst yayılmasına razılığın verilməsi üçün müraciət və sənədləri qəbul etmək səlahiyyəti də verilib. /lent.az/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button