Aktual

Türkiyənin Suriya siyasəti: “qonşularla sıfır problem”dən xaosa doğru

Ərəb coğrafiyasında “bahar küləkləri” əsmədən əvvəl Türkiyənin xarici siyasətində “qonşularla sıfır problem” siyasəti ciddi-cəhdlə həyata keçirilirdi. Yunanıstanla Şimalı Kipr və 12 adalar probleminin həll edilməsi üçün addımların atılması, iki ölkənin hava sərhəddi arasında döyüş təyyarələrinin “it dalaşı”nın qarşısının alınması, Ermənistanla sərhəd qapılarının açılması və diplomatik münasibətlərin qurulması, Suriya ilə münasibətlərin qaydaya salınması istiqamətindəTürkiyə hökuməti çoxşaxəli xarici siyasət həyata keçirirdi. Hətta hökumət Suriya siyasətində o qədər irəli getmişdi ki, hər iki ölkənin Nazirlər Kabinetinin ortaq iclasları belə təşkil edilirdi. Bu siyasət əvvəlcə problemsiz şəkildə həyata keçirilsə də, “Ərəb baharı”nınbaşlamasındansonra hökumətin ərəb coğrafiyasına yönəlik”qonşularla sıfır problem” siyasəti iflas etdi.
Liviyada daxili qarışıqlığın silahlı qarşıdurmaya keçməsindən sonra ABŞ və Avropanın Liviyaya müdaxilə etməsinə əvvəlcə qarşı olan, sonra isə alovlu müdafiəçisi rolunda çıxış edən Türkiyə hökuməti ziddiyyətli xarici və təhlükəsizlik siyasəti həyata keçirir.
Liviyada Qəddafi rejiminin devrilməsindən sonra Suriyadakı vəziyyət ön plana çıxdı. Suriyada qarışıqlığın baş verdiyi ilk vaxtlarda Türkiyə hökuməti Əsəd rejimini sərt tənqid etməsə də, silahlı mübarizənin qızışması və Bəşər Əsədin öz mövqeləriniitirməsindən sonra Türkiyə hökuməti Əsəd rejiminə qarşı cəbhədə yer alaraq, silahlı müdaxilə edə biləcəyini belə ifadə etdi. Türkiyənin Suriya ilə sərhədlərinə yaxın yaşayış mərkəzlərinə bir neçə dəfə top mərmilərinin düşməsi, Reyhanlı terror aktının törədilməsi vəziyyəti daha da gərginləşdirdi.
Türkiyə hökuməti Suriyadan qaçan 200 mindən çox insanı qəbul edərək, onların zəruri sosial ehtiyaclarını təmin edir. Əlbəttə, humanitar baxımdan bu təqdirəlayiqdir. Amma region mətbuatında Türkiyənin Əsəd rejiminə qarşı silahlı qruplaşmalara silah və maliyyə yardımı etməsi haqqında müxtəlif məlumatlar da dərc edilir.
Türkiyə hökuməti xüsusilə son zamanlarda Suriyaya hərbi müdaxilənin müzakirə edildiyi ərəfədə bu müdaxiləyə dəstəyini açıq şəkildə bildirir. ABŞ və Rusiya arasında ziddiyyətlər fonunda Türkiyənin ABŞ-ın planını dəstəkləməsi Türkiyə-Rusiya münasibətlərinə ciddi xələl gətirə bilər. Türkiyə Suriya ilə birgə sərhədlərəmalikdir. Əsəd rejimini devirmək üçün Suriyaya qarşıhər hansı hərbi müdaxilə regionda ciddi fəlakətin baş verməsinə səbəb ola bilər. Təxminən iki milyondan çox Suriya vətəndaşının qaçqın olması, terrorçu qruplaşmaların bölgədə cəmlənməsi, sələfi dini və siyasi görüşünün regionda özünə yer tutması vəziyyəti çətinləşdirən amillərdir.
Əsəd rejiminin kimyəvi silahdan istifadə etməsi ittihamlarından sonraABŞ və müttəfiqlərinin hərbi müdaxilə planı yenidən müzakirəyə çıxarıldı. BMT ekspertləri kimyəvi silahdan hansı tərəfin istifadə etdiyini dəqiqləşdirmədən ABŞ-ın tələbi ilə Suriyadan geri çağırılması, ABŞ-da və nəzarətində olan beynəlxalq KİV-lərdə Əsədin kimyəvi silahdan istifadə etdiyinin iddia edilməsi psixoloji müharibə ünsürlərindən biridir. Bu iddiaların heç biri rəsmi olaraq təsdiq edilməsə də, ABŞ və müttəfiqləri hərbi müdaxilənin labüd olduğunu qeyd edirdi. Böyük Britaniya və İtaliyanın hərbi müdaxilədə ABŞ-ın yanında olmayacaqlarını bildirməsindən sonra ABŞ hökuməti təkbaşına bu planı uğurla tamamlaya bilməyəcəyini anladı və silahlı müdaxilə üçün Konqresin qərar verməsini tələb etdi.
ABŞ hökuməti son bir neçə gündür Əsəd rejiminin əlində olan kimyəvi silahların nəzarətinin beynəlxalq müşahidə qrupuna veriləcəyi təqdirdə hərbi müdaxilədən imtina edə biləcəyini bildirir. Böyük Britaniya və İtaliyanın məlum qərarından sonra ABŞ əlbəttə ki, belə bir müdaxilənin nəticələrindən ehtiyat edir. Eyni zamanda, bu məsələ ilə bağlı İranın da mövqeyini diqqətdən kənarda saxlamaq doğru olmazdı.
Vəziyyətin bu cür xaotik olduğu bir zamanda Türkiyə hökuməti hələ də ABŞ-dan Suriyaya müdaxilə etməyi tələb edir. Suriyaya qonşu olmayan Böyük Britaniya və İtaliya buna qarşı çıxdığı halda, silahlı müdaxilədən ən çox zərər çəkmə ehtimalı olan Türkiyənin belə bir siyasət həyata keçirməyə çalışması anlaşılmazdır.
Türkiyənin təhlükəsizlik mühiti regionda sabitlik və əmin-amanlığın qorunmasını və davam etməsini tələb edir. Hökumətin hərbi müdaxilədə təkid etməsi isə bir sıra suallar yaradır. Hökumət “Suriyaya qarşı hər hansı şəkildə silahlı müdaxilə olarsa, o koalisiyada iştirak edərik” deməsi heç də məntiqli bir açıqlama kimi qəbul edilə bilməz. Bu, regionun təhlükəsizlik mexanizmini tamamən yox edə bilər və bölgə uzun zaman sabitliyə qovuşmaz.
Türkiyə hökuməti Suriyanın Türkiyəni raket zərbəsi ilə vurma ehtimalını nəzərə alaraq, ABŞ-ın “Patriot” raketlərinin öz ərazisinə yerləşdirilməsinə icazə verdi. Əslində hökumət bu ehtimalı ən az olduğu bir zamanda gündəmə gətirərək, ictimai rəyi sakitləşdirməyə və xüsusilə də Rusiyanın təzyiqlərini azaltmağa çalışdı. Əlbəttə, Rusiya buna ciddi etiraz etməsə də, cavabsız qoymayacaq. Belə ki, son zamanlarda region mətbuatında Rusiyanın ABŞ-ın havadan müdafiə sistemi və “Patriot” raketlərinə qarşı Ermənistana “İsgəndər” raket kompleksini yerləşdirəcəyi haqda informasiyalar dərc edilir.
Bundan başqa Türkiyənin iqtisadi inkişafı qarşısında ciddi problemlər yarana bilər. Bəzi təhlilçilər müharibələrin dövlətlərin iqtisadiyyatına canlılıq gətirdiyini iddia edirlər. Bu müəyyən mənada doğru olsa da, əslində ABŞ kimi hegemon gücün iqtisadiyyatı bundan müsbət mənada faydalana bilər. Burada diqqət yetirilməli olan bir məsələ də dövlətlərin müdafiə sənayesinin necə inkişaf etməsidir. Demək olar ki, bütün silah ehtiyacını özü təmin edən ABŞ üçün Suriyaya hərbi müdaxilə onun silah arsenalının yenilənməsi və iqtisadiyyatının canlanmasına təkan verə bilər. Ancaq müdafiə sənayesi ABŞ-dakı qədər güclü olmayan Türkiyə kimi dövlətlərin Suriyaya müdaxilədən sonra iqtisadiyyatını canlandırması ehtimalı olduqca azdır.
Türkiyə hökumətinin Yaxın Şərq siyasəti iflas etmişdir. Regionda baş verən problemlərə soyuqqanlı münasibət bildirilməməsi, təhlükəsizliyin olduqca kövrək olduğu bir vaxtda hökumətin Suriyaya hərbi müdaxiləni dəstəkləməsi sabitliyin və sülhün qorunmasına xidmət etmir.

yenisharq

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button