Aktual

Məkkədə seçki şəffaflığı tam təmin olunmadı

9 Oktyabr seçki günündə Həcc səfərində olan zəvvarlar səsvermə hüququndan istifadə ediblər.

Gecə saat 03.00 radələrindən etibarən başlayan səsvermədə şəffaflıq lazımi şəkildə təmin edilməyib. Bu barədə Azadxeber.net internet qəzetinin müxbirinə zəvvarlardan biri məlumat verib.

Mənbə qeyd edib ki, “Seçicilərdən mən də daxil olmaqla 180 nəfər zəvvarın adına bülleten gəlməyib və bu barədə bizə gəlməzdən öncə heç bir xəbərdarlıq olunmayıb. Lakin daha sonra QMİ-nin həccə gedən zəvvarların ümumi siyahısı olan kağızlarından istifadə etməklə həmin 180 nəfər səs verə bildi. Həmin zəvvar siyahısından MSK-nın nümayəndəsi bizim adımızı tapıb qabağına işarə qoydu. Sonra bir kağız uzatdı ki al bunu get səs ver. Bu özü qanun pozuntusu sayılmırmı?”

Qeyd edək ki, Səsvermə “Əl-Nuzha” otelində baş tutub. Hazırda səsvermə davam edir.

azadxeber

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button