Tarix

Nizami Gəncəvinin fars dilində şer dediyi həqiqətdir ya yox?

Niyə bu həqiqəti deməkdən çəkinirsiz və bizi də bu həqiqəti deyib Nizaminin irsini qormağa çağıranların sözlərini yaydığımıza xatir qınayırsız? Nizami gəncəli olub. Ancaq fars dilində şer deyib. O dahinin çerlərini tərcümə etməklə yanaşı olduğu kimi fars dilində də saxlamaq və məğbərəsində kitabələr üstündə yazmaq lazımdir. Bunun nəyi pisdir? Bunu demək Nizamini Farslaşdırmaqdırmı? Siz niyə Nizamini olduğu kimi tanıtdırmaqdan çəkinirsiz? Nizaminin vaxtında millətçilik xəstəliyi olmayıb. İranın tərkibində bütün xalqlar yaşayıblar. İndi də gəlin həqiqətləri qəbul edək.


İranda xoşbəxtlikdən qatı millətçilik yoxdur. Ola da bilməz. İranda millətçilik edilsə ölkədə problem yaranar. Çünki İran çoxmillətli ölkədir. Burada nə farslar nə türklər nədə digərlər özlərini başqalarından üstün tuta bilməzlər. İranda türklərə qarşı antitürk siyasətinin yürüdülməsi uydurması da xaricdən idarə olunur. Bu həqiqət deyil. Antitürk siyasəti olsaydı İran türkləri buna dözməzdi. İranda ən ciddi hadisələr məhz türklərin iştirakı ilə baş tutur. Belə olan halda necə ola bilər ki, türklər özlərinə qarşı antitürk siyasətinə dözsünlər?!! O ki qaldı Nizaminin fars şairi dediyiniz məsələyə, deməliyəm ki, Nizaminin etnik baxımından hansı xalqdan olması bizi maraqlandırmır. Əsas Nizaminin yaratdığı əsərlərdir. Nizami o şerləri deməsəydi, heç ondan tarixdə bircə ad da qalmazdır. Onu dahi şəxsiyyət kimi tanıtdıran Nizaminin fars dilində olan şerləridir nəyinki onun milli mənsubiyyəti. Əgər Nizami türk dilində də şer desəydi və şerlər də bu səviyyədə olsaydı, onda həmən şerlər onun adını tarixə salacaqıdı nəyinki milli mənsubiyyəti. Gəlin milli mənsubiyyət yerinə insani dəyərlərə fikirləşək.

Nizami Gəncəvi “İsqəndərnamə”də sirlər açmışdır
Müəllif: Doktor Mehdi Novruz Azad İslam Universitetinin Nişapur filialının elmi heyətinin üzvü Öz dastanlarında gizli sirr və rəmzləri əks etdirən fars ədəbiyyatının qiymətli əsərlərindən biri Nizami Gəncəvinin “İsgəndərnamə” əsəridir. Gəncə həkimi bu dərin mənalı kitabda öz oxuyucuları üçün bəzi sirləri açmış və bəzi sirləri də onların öz öhdəsinə qoymuşdur.
Qədim zamanlardan epik dastanlarda rəmzlərin olması inancı olmuşdur. Necə ki, Əbu Mənsuri Şahnaməsinin müqəddiməsində belə bildirir:…”Bu məktubda elə məsələlər olar ki, ağır nəzərə gələr və bu özəllikdir. Çünki onun məfhumunu anlasan səni düz yola çəkər, ürəyə qoş gələrsə, Zəhhakın çiynindəki ilanlar kimi gələr və….”
Mif dastanlarının dili simvolik və yaxud rəmz dilidir. Miflər simvolik və rəmzlərlə dolu dillə bizlə danışırlar və öz daxili mənalarını aşkar edirlər.
Nizaminin məsnəvilərini araşdırdıqda bu inanca çatırıq ki, Gəncə həkimi təkcə mif və dastanları nəzmə çəkməklə kifayətlənməmiş, üstəlik onların məzmunu və özəyinə də diqqət yetirmişdir və bu dastanların sirlərini kəşf etmək ardınca olmuşdur.
Həkim Nizami dərrakəli üslubu ilə özü və düşüncələrini dastanlarındakı beytlərin altında gizlətmişdir. “Xosrov və Şirin” əsərində bu məsələyə işarə edir:
Nizami! Nə qədər gizlədəcəksən bu rəmzi Demə ki, açmayasan onun hekayəsini
Nizaminin “Sirlər Xəzinəsi” və digər əsərləri belə açılmış və açılmamış rəmzlərlə doludur.
Nizami sirlərlə dolu “İsgəndərnamə” əsərində Makedoniyalı İsgəndər kimi dünyanı fəth edəni xəyalında canlandırıb, şərq və qərbdə gəzdirir. Çünki qədim sivilizasiyaların tarixi fəlsəfi-ürfan baxışı, şahların öz əsrinin fəlsəfi inancları, əxlaqı və rəftarını və s… bəyan edir. Nizami farsca romantik şerlərin zirvəsində olaraq belə deyir: Bir çox tarixi kitablar oxudum, cırılmış vərəqləri topladım və möcüzəvi bir xəzinə yaratdım.
İsgəndərnamədə İsgəndərin səfər və müharibələrinin sirləri, İsgəndər zamanı ilə əlaqədar sivilizasiya və miflərin davranışı Nizami baxışında araşdırılmışdır.
Buna görə, İsgəndərnamə İsgəndərin tarixi-əfsanəvi səfər və müharibələrindən xəyal olunan bir məlumatdır ki, demək olar ki, bir çox səhnələri şair özü yaradıb və onları bəzəmişdir. Belə ki, əgər bir şəxs ona diqqət yetirməsə, sirləri gizli qalacaq və məsələlər aşkar olunmayacaq.

“İsgəndərnamə”dəki bəzi açılmış sirlər

1-Yerin “dairəviliyi”
Bu kitabın sirr və ya məqsədlərindən biri yerin dairəviliyini bəyan etməkdir. Şair İsgəndərin dilindən açıq-aşkar deyir:
Həmin dairəni heyətşünas Edir Yer formasında müqayisə Bu mətləbin şərhində deyir ki, İsgəndər bir dəfə Asiyanın şərq sahilləri yəni Yaponiya və yaxud cənub-şərq adalarına gedir və gəmiləri ilə yola düşərək ucsuz-bucaqsız sularda gedir və qayıdır. Həmin hadisə İspaniya sərhədlərində yəni günəşin batdığı yerdə baş verir və şair günəşin quyuda batması əfsanəsini rədd olunmuş hesab edir. Amma zahirən bilmir ki, necə ola bilər ki, sabah günəş yenidən şərqdən parlayacaq?

2-Atəşgədələrin viran olunması
İsgəndərnamə” əsərindən öncə nəzmə çəkilən Şahnamə əsərində Firdovsi atəşgədənin dağıdılmasını bu səbəbə qeyd edir ki, İsgəndər İbrahimi dininə üz tutub, atəşgədələri dağıdıb ki, atəşpərəstləri məhv etsin. Lakin həkim Nizami Gəncəvi deyir ki, İsgəndər İbrahimi dinini qəbul etməyib. Digərlərinin əlinə keçməməsinə görə atəşgədələrin altında xəzinələr gizlədilməsi məsələsindən agah olan İsgəndər atəşgədələri dağıdaraq xəzinə axtarırdı. Nizami “İsgəndərnamə”nin əvvəlində Firdovsinin atəşgədələrin dağıdılması ilə bağlı fikrini qeyd edir:
Uzaqlaşdırdı şah dünyadan atəş dinini
Çıxardı atəşdən tüstü pərəstişkarını
Buyurdu ey ruzigar əhli Allahdan başqaya yoxdur itaət
Sığının hənifi dininə Arxa çevirsin hamı aya-günəşə
Nizami sonra bu məsələdə gizli qalmış sirri və öz rəyini belə açıq şəkildə bəyan edir:
Vermək istəyirsənsə yeni hökmünü
Sor məndən onun sirrini
Çıxar qulağından köhnə pambığı Ki,
köhnəlikdən ayır yeni libası

3-Daranın özbaşınalığı

Bəzən Nizami “İsgəndərnamə”də sirli beyt zikr edir ki, barəsində düşünmək lazımdır. Necə ki, İran şahı Daranın özbaşınalığı məsələsinin şərhində bildirir:
Vardırsa dünyada hər bir fitnə Yaranır hamısı istibdad ilə Bu dörd tərəfdə heç bir həngamə yox, Ki, özbaşına insana kisə də yox. İsgəndər bildirir ki, Daranın zülm və sitəmi səbəb oldu ki, İran sərkərdələri ona itaət etməsinlər. onun başını kəsdilər və İsgəndər adlı əcnəbini İran ərazisinin şahlıq taxtına oturtdular.
Nizami İsgəndər ilə mübarizə üçün Daranın İran başçıları ilə məşvərəti zamanı də belə bir məsələyə işarə edir ki, Dara zalım və müstəbid olduğu üçün heç kəs onun qəminə şərik olmadı və hamı susmuşdu:
Dünya bu novruz müjdəsində idi ki, Daranın zülmü dünyanı bürümüşdü. Bütün diyar və ölkə onun əlindən və zülmkarlığından cana gəlmişdi. Həmin işdə bir kəs çarə tapmadı və heç kəs bundan kədərlənmədi

4-Şahların hətta öz övladlarına qarşı küdurətləri
Nizami bu qənaətdə idi ki, şahlar və hökmdarlar ilə sərt danışılmamalıdır, əksinə düşünülmüş tərzdə söz deyilməlidir:
Tac-taxt sahibi ilə danışığın sərt yox, çətin olduğu deyilməlidir. Zira şahların işlərində təhlükə vardır. Padşahların heç kəslə qohumluğu yoxdur, onlar elə müstəbiddirlər ki, öz övladlarına belə, rəhm etmirlər. Şahların işində xətərlərin olduğu üçün Bir kəsin şahla yaxınlığı yoxdur. Hiddətli olduqlarına görə. Öz övladlarına məhəbbət ehtiyacı var. Şahın odlu-alovlu olmasına görə, onu uzaqdan görmək xoşdur. Zorakılıq fironuna nəsihət Şor torpağa toxum səpmək kimidir.
Doğrudan da heyranedici məsələdir ki, Nizami müstəbid hökmdarların dövründə tam cəsarətlə belə sözlər söyləyibdir.

5-Yarın xatirəsi
Arximed mədəniyyətli bir müdrik idi ki, Aristotel onun təlimi ilə məşğul oldu və İsgəndər də ona xüsusi bir divan tapşırdı və Çin xaqanının qızını rus müharibəsindəki o qədər hünər göstərmələr ilə ona bağışladı və Arximed bu qıza o qədər vuruldu ki, bir gün ustadının yanına gəlmədi. O çinli türkə elə vuruldu ki, Qəm-qüssəyə qərq oldu. Ruzigarın işi ilə o qədər məşğul oldu ki, Müəllimin dərsinə belə getmədi.
Hərçənd ustadın yanında yüz nəfər dərs keçirdi. Bununla belə, Aristotel dərs məclisində iştirak etməyəndə Arximedin söhbət etməyə halı olmurdu. Naçarlıqdan sənətkar şagirdini yanına çağıraraq, ondan soruşdu ki, qeybətin səbəbi nədir?
Arximed əsl məsələni açıqladı: Şah çinli bir kənizi mən bəndəyə bağışladı və mənim ondan ayrılmağım və iki eşqlə yaşamağım mümkün deyil:
O ovdan əfsunlanmış bir ürək iki işdə ola bilməz Ustad biləndə ki, Arximed ürəyin həvəsindən cuşa gəlibdir, dedi: O pəriüzlünü tək və dinclikdə yanıma göndər ki, görüm o gözəl sənin ürəyini necə tarac edibdir?
Arximed ustadın fərmanından boyun qaçırmadı və gözəl sifətli bütü ustadın yanına göndərdi. Qoca müdrik o ay üzlüyə acı bir içki verdi ki, onun vücudunu əritdi və ondan əyilmiş və cılız bir bədən qaldı.

Təravət sinkə, rövnəq boya,
gümüş, civə, su və daşa çevrildi
Həmin sənətkar gənci çağırdı,
dilbər məşuqəni ona verdi.
Gənc oğlan sənəmə baxanda
ustada dedi ki, bu çirkin qadın kimdir?
Ustad buyurdu ki, teşt gətirsinlər və onun gözəlliyi və təravətinin səbəbini göstərdi və dedi ki;
Çırkin bir şeydən aşiq düzəltmək olmaz.
Nizami rəmz ilə tövsiyə edir ki, hər bir insan təkcə bir həyat yoldaşı ilə yaşamalıdır ki, övladı və ailəsinin vəziyyəti aydın olsun və pozulmasın, əgər bir kəs bir neçə qadına malik olmuş olarsa, kimsəsiz və yalqız qalacaqdır:
Bir neçə vəhşi kənizə görə,
Öz ömrünü bada vermə.
Bir həyat yoldaşı sənə bəs idi
Ki, çoxları öləndə kimsəsiz qaldı.
Ondan ruzigarda yeddi ata, dörd anaya malik müxtəliflik yarandı.
Oğulun birrəngli olmasını istəyirsənsə,
Bir ana və bir ata bəsdir.

Mənbə: Payegahe Nur jurnalı

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button