ArxivXəbər lentiXəbərlər

Hacı Vaqif Abdullayevin dünyadan köçməsindən 4 il keçdi

Cenubnews.com-un verdiyi xəbərə görə, ölkədə “ilk hicab şəhidi” kimi anılan AİP sədrinin müavini Hacı Vaqif Abdullayevin həbsxanada vəfatından 4 il keçir. Vaqif Abdullayev 2012-ci ilin iyul ayının 12-də Pentensiar Xidmətinin Müalicə müəssisəsində dünyasını dəyişib. Vəfatından bir gün öncə ailəsi Hacı Vaqiflə görüşmək istəsə də buna şərait yaradılmamışdı. Əvvəl gündən, istər ölkə, istərsədə dünya hüquq müdafiəçiləri bu həbsi siyasi məqsədli adlandırmışdı. AİP rəhbərliyi Hacı Vaqifin müalicəsində edilən səhlənkarlığa görə, onun həbsxanada şəhid olduğunu dəfələrlə önə çəkmişdi. Xatırladaq ki, şəhid Vaqif Abdullayev 2011-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 11 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button