ArxivXəbər lentiXəbərlər

“Maarifçiliyə Dəvət “ İB “Əyyami Fatimə”ni silsiləvi olaraq qeyd edir – Foto -Video

Artıq neçə gündür ki, “Əyyami Fatimə” başlayıb. Bununla bağlı paytaxt da daxil olmaqla, ölkənin bir çox regionlarında əzadarlıq məclisləri təşkil edilir.
qafqaz.ir Hədəf14.az -dan aldiyi xəbəra gore, həmin məclislərdən “Maarifçiliyə Dəvət” İctimai Birliyi də paytax və paytaxtın ətraf rayonlarında həyata keçirir. Silsiləvi olaraq  Bakı nümayəndələri tərəfindən təşkil edilən əza məclisi ötən gün Bakı qəsəbələrinin birində baş tutub. İcmanın sədri ilahiyyatçı hacı Elçin Manafov və paytaxt nümayəndələri tərəfindən əza məclisində xeyli sayda dindar iştirak edib.
Hacı Elçin əzadarlara hz Fatimənin (ə) həyatından, fəzilətindən və İslam düşmənləri tərəfindən amansızcasına şəhadətə yetirilməsindən bəhs edib. Daha sonra ehsan süfrəsi arxasında mərsiyələr deyilib, sinə vurulub. Sonda dualar edilib.
İcma sədri bu cür məclislərin bundan sonra da paytaxt və regionlarda silsiləvi təşkil edəcəklərini vurğulayıb.  O, bildirib ki, əzadarlıq məclisləri hz Fatimənin (ə) müsibətindən, ona və bütün Əhlibeytə olunan haqsızlıqları, İslam düşmənlərinin etdiklərini insanlara çatdırmaq borcumuzdur. “Bu günlər çox fəzilətli günlərdir. Çalışıb əza məclislərində iştirak etmək, xanımın hörmətinə Allahdan bağışlanmaq üçün dua və tövbə etmək lazımdır. Əmin olmaq lazımdır ki, xanım Zəhra  Allah qatında yüksək məqama sahib bir xanımdır Allah da onun xatirinə öz qullarını bağışlayar, rəhm edər”.
 “Allah günahlarımızı bağışlasın, xanımın düşmənlərini bildiyi kimi etsin. Biz də icmamız adından başda imam Zaman (ə.f) olmaqla bütün Əhlibeyt sevərlərə baş sağlığı və səbr diləyirik”.
  

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button