ArxivXəbər lentiXəbərlər

Amerikanın qara siyahısına düşən azərbaycanlı milyarderlər – onları nə gözləyir…

ABŞ-ın Maliyyə Nazirliyinin Rusiyaya sanksiyaları nəzərdə tutan “Kreml hesabatı” bəzi azərbaycanlı milyarderləri də çətin vəziyyətə salıb. Belə ki, “Kreml hesabatı”na 5 azərbaycanlı milyarderin  də adı düşüb. Onlar Fərhad Əhmədov, Araz Ağalarov, Qod Nisanov, Vahid Ələkbərov və Zarax İliyevdir. Onlar digər 92 oliqarxla birlikdə Amerika üçün “arzuolunmaz” şəxslər hesab olunacaqlar.
qafqaz.ir  deyerler.org -dan aldiyi xebere gore.Bəs görəsən, ABŞ Maliyyə Nazirliyi tərəfindən belə bir “status” almaq hər hansı milyarder üçün nə deməkdir? Bundan sonra onu hansı məhdudiyyətlər gözləyir?
Mövzu ilə bağlı münasibət bildirən Natiq Cəfərli isə bildirdi ki, ilkin növbədə onların xaricdəki mal varlıqlarının ciddi yoxlanılması və qanunauyğun olub-olmaması,  vergi qaçaqmalçılığı ilə məşğul olub-olmaması yoxlanacaq: “Əgər qanundankənar yatırımlar, vergidən yayındırılmış vəsaitlər  tapılsa, bununla bağlı müəyyən ölçülər götürüləcək.
Digər tərəfdən,  həmin şəxslərin və onlara bağlı şəxslərin xaricdən maliyyə mənbələrinə çıxış imkanları  kifayət qədər məhdudlaşdırılacaq. Ən azından Amerika fondları, Avropadakı Amerika ilə ortaq banklardan kredit xətlərinin açılması məhdudlaşdırılacaq, bəzi hallarda isə qadağan olunacaq.
Digər tərəfdən həmin şəxslərə bağlı şirkətlərə Amerikan şirkətləri tərəfindən yeni texnologiyalara çıxış üçün məhdudiyyətlər qoyulacaq. Bu siyahıda adı olan şəxslər ciddi maliyyə itkisi ilə üzləşəcəklər. Hesabat açıqlanandan  bugünə kimi, ümumilikdə adı keçən insanların leqal mal varlıqlarında artıq  2 milyard dollara yaxın itki olub.
Ancaq ABŞ-da bu insanların bank hesablarına həbs qoyulması ehtimalı çox aşağıdır. Bu adətən məmurlara tətbiq olunan   cəzadır.  Çünki ABŞ-da və Qərb ölkələrində hüquq  tələb edir ki, bunun üçün məhkəmə qərarları olmalıdır, hesaba həbs qoyulması əsaslandırılmalıdır.
Amma hər hansı formada vergidən yayınma halları ortaya çıxarsa, məhkəmə qərarları ilə hesablarına həbs qoyula bilər. Belə halların aşkara çıxacağı ehtimalı da çoxdur. Hər hansı bir ABŞ vətəndaşı, şirkəti həmin şəxslərə qarşı məhkəmə qarşı iddia qaldırsa, məhkəmə qərarı ilə bank hesablarına, əmlaklarına həbs qoya bilər.
Yatırıma gəlincə, Qərb ölkələri, Amerika heç bir yatırıma əngəl yaratmır, əksinə, cəlb etməyə çalışır. Ancaq düşünmürəm ki, siyahıda adı olan insanlar, o cümlədən azərbaycanlılar bundan sonra Qərbə yatırım etməyi düşünsünlər. Çünki hər an qoyduqları yatırımı məhkəmə qərarı ilə itirə bilərlər”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button