Xəsarət alanlar arasında polislər də var. qafqaz-in məlumatına əsasən partlayışda 10 nəfər həlak olub. Ölənlərin vətəndaşlığı hələ müəyyən edilməyib. qafqaz.ir xəbər verir ki, xəsarət alanlar arasında polislər də var. Metro stansiyalarında iş dayandırılıb. Polis ikinci partlayışın olacağından çəkinir. 13:02 Türkiyənin İstanbul şəhərindəki Sultanəhməd Meydanında partlayış baş verib. qafqaz.ir xəbər verir ki, nəşrin məlumatına görə, hadisə nəticəsində ölənlər və yaralananlar var. Onların sayı barədə məlumat dəqiqləşdirilir. Digər məlumatına görə, partlayışın episentri meydan yaxınlığındakı tramvay xəttinin dayanacağı olub. Partlayışın səbəbi hələlik məlum deyil. Versiyalardan birinə görə, partlayışı terrorçu-kamekadze törədə bilər. Hadisə yerinə çoxlu sayda polis və təcili tibbi yardım maşınları gəlib.