Aktual

Hacı Vaqifin şəhadətinin il dönümü

İyulun 6-da Hacı Vaqif Abdullayevin il mərasimi keçiriləcək.”İslamınsesi” portalının verdiyi xəbərdə qeyd olub; Azərbaycan İslam Partiyası sədrinin təşkilat məsələləri üzrə sabiq müavini, İslam şəhidi Hacı Vaqif Abdullayevin dünyasını dəyişməsindən bir il ötdü. Iyul ayının 6-da şəhidin il mərasimi keçiriləcəkdir. Mərhumun adına qurulacaq hüzn məclisi Bakı şəhəri, Xətai rayonu, Xətai metrosunun üstündəki natarius ofisinin arxasında olacaq.

Şəhidin il mərasiminə bütün möminlər dəvətlidirlər və belə mərasimdə iştirak hər bir mömin üçün zəruridir. Nəzərinizə çatdırmaq istərdik ki, məclis səhər saat 11:00-dan saat 14:00-dək xanımlar, 14:00-dan 16:00-dək kişilər üçün nəzərdə tutulur. Saat 16:30-da şəhidin məzarını hamılıqla ziyarət etmək planlaşdırılmışdır.Xahiş edirik İslam şəhidinin məzarını ziyarət  etməyi hər bir mömin özünə vəzifə bilsin. Bu, şəhidimizə, dinimizə, özümüzə hörmətdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button