ArxivXəbərlər

Avropa Şurasında azad seçki keçirə bilməyən 3-4 ölkə qalıb, onlardan biri də Azərbaycandır

Tarixdə həmişə elə dövrlər olur ki, bəşəri və ya regional oyanış baş verir. Əvvəllər informasiyanın yayılma sürəti aşağı olduğu üçün bu oyanışlar arasında fasilələr də uzun olurdu. Qədim Yunanıstanda aristokratiya və demokratiya tərəfdarlarının, Qədim Romada patrisi-plebey mübarizəsi və s. Tarixən gec-gec baş vermiş belə oyanışlara nümunələrdir. Yaxud 1848-ci ildə Avropada ard-arda baş vermiş inqilablar, I Dünya Müharibəsi nəticəsində dağılmış 4 imperiyanın yerində xalqların azadlıq uğrunda qanlı mübarizələri, 1968-ci il Avropa inqilabları belə oyanışlardandır. Texnologiyanın inkşafı informasiyanın yayılma sürətini fantastik dərəcədə artırdı, nəticədə oyanışların başvermə tezliyi də mütənasib sürətdə artdı. Sonuncu belə oyanışlar bizdən də yan keçmədi. Əgər 1848-ci inqilabları yalnız Axundovun bir komediyası səviyyəsində Azərbaycana gəlib çatmışdısa, I Dünya Müharibəsi sonundakı oyanma nəticəsində biz, hətta ilk respublikamızı qurduq. 1980-lərin sonunda başlayan oyanışda bizim xalq da qəhrəmanlıqla iştirak etdi. Biz artıq istəsək də, oyanışlardan kənarda qala bilmərik. 21-ci əsrin ilk regional oyanışı 2003-cü ildə Azərbaycanda başlamışdı. 1905, 1-ci Rus inqilabı zamanı Bakını Rusiyanın elektrik açarı adlandırırdılar. Çünki üsyanlara bu şəhər start verirdi. 2003-də bizim inqilabımız məğlub olsa da, Bakı yenə elektrik açarı oldu, nəticədə post-sovet regionunda Ukrayna, Gürcüstan, Qırğızıstan inqilabları qalib gəldi. 21-ci əsrin 2-ci onilliyinin oyanışının əsası 2010-cu ilin dekabrında qoyuldu və bu daha geniş coğrafiyanı əhatə etdi. Tunis, Misir, Liviya, Yəmən qismən xilas ola bildilər. Amma bu dövrün oyanışı ikinci sürət yığıb və qlobal miqyasda davam edir. Ərəb oyanışının davamı olan Suriyadan başqa hazırda Türkiyə, Tailand, Venesuela və qəhrəman Ukraynanı “ayaqda” hesab edə bilərik. Bu son oyanışın bir neçə əlaməti var:
1) Bu, regional yox, qlobal səciyyə daşıyır, sadəcə qarşıya qoyulan məqsəd ən azı 1-ci Dünya dövlətlərinə çatmaq olduğu üçün bu oyanışda daha çox 2-ci və 3-cü dünya dövlətləri iştirak edir.
2) Dinc nümayişçilərə divan tutulmasına şahid olan etirazçılar əsas üsul kimi dinc nümayişi seçsələr də, məqsədlərinə çatmaq üçün küçə toqquşmalarından tutmuş, vətəndaş müharibəsinə qədər heç nədən çəkinmirlər.
3) Ən əsası isə bu ali dəyərlər uğrunda mübarizənin oyanışıdır. Etirazçıların haqlı olduğunu diktatorlardan başqa heç kim danmır. Və internet sayəsində ali dəyərlərin nə olduğunu hər kəs bilir. Mübarizəyə qoşulmamaq sadəlövhlüklə yox, vicdan və cəsarət çatışmazlığı ilə izah olunur.
4) Əksər hallarda Qərb aşkar kömək etmir və bir çox hallarda yüzlərlə insanı repressiya etmiş diktatorları “pisləməkdən”, “qınamaqdan” o yana getmirlər. Əliyalın kütlə vəhşi və silahlı dövlət aparatı ilə mübarizədə təkbaşına buraxılır. Amma Ukrayna həm də onu sübut etdi ki, heç bir snayper, “BTR” insan olmaq uğrunda, layiqli həyat uğrunda mübarizəsini dayandıra bilməz.
Azad seçki özlüyündə demokratiyanı təmin etmir, demokratiyanın başqa şərtləri də var. Hazırda qeyri-demokratik ölkələr daha çox olsa da, azad seçki keçirə bilməyən ölkələr azlıqdadırlar. Ukrayna həm də onu sübut etdi ki, insanlar yalnız qarınları üçün yox, qeyri-maddi dəyərlər uğrunda da mübarizəyə qalxırlar.
Avropa Şurasında azad seçki keçirə bilməyən 3-4 ölkə qalıb. Onlardan biri də təkcə 2013-də 3 xırda üsyan etmiş, çoxsaylı həbslərə baxmayaraq, etirazları daha da çoxalan, regionun elektrik açarı sayılan Azərbaycandır. Artıq növbədə bizik. Həm maddi, həm də qeyri-maddi dəyərlər uğrunda edəcəyimiz Azərbaycan İnqilabı yalnız bizim, məhz bu nəslin məsuliyyətidir./cumhuriyyet.az/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button