ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Çinin İrana sərmayə yatırmasının Azərbaycan üçün faydası nədir?

Çin ilə İran arasında strateji xarakterli əməkdaşlıq haqqında müqavilə yalnız iki dövlətin deyil, region ölkələri üçün də faydalıdır.

Çinin İranın nəqliyyat sektoruna, xüsusilə də tranzit nəqliyyat dəhlizlərinə investisiya yatırması heç də təsadüfi xarakter daşımır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Çin Avropa, Orta Asiya və Qafqaz ölkələri ilə iqtisadi-ticarət əlaqələrini genişləndirmək istəyir. Çinin ildən-ilə böyüyən iqtisadiyyatı yeni və ölkə hüdudlarından kənardakı bazarlara çıxışın olmasını tələb edir. Bu səbəbdən də Çin, ilk növbədə, İranın Çabahar limanına və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas seqmentini təşkil edən Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xəttinin tamamlanmasına sərmayə yatıracağı şübhəsizdir. Məhz Çabahar limanı vasitəsilə Avropa, Orta Asiya və Qafqaz ölkələri ilə nəqliyyat əlaqələri qurub ticarətini genişləndirə bilər.

Çinin cənub regionundakı limanlarla İranın Çabahar limanı arasındakı əlaqə yüklərin Avropaya və ək istiqamətə daşınmasında əhəmiyyətli rol oynayacaq. Cənubi Çin limanlarından yüklər Çabahar limanına buradan isə Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu ilə Azərbaycan və Rusiyadan tranzit olaraq birbaşa Avropaya daşınacaq. Hazırda bu yolun Qəzvin-Rəşt hissəsi istifadəyə verilib. Yolun Rəşt-Astara hissəsi isə hələlik hazır deyil.

İrana qarşı tətbiq olunan sanksiyalar və koronavirus pandemiyası və bunların təsiri ilə ölkə iqtisadiyyatının zəifləməsi yolun Rəşt-Astar hissəsinin tikintisini ləngidir. Lakin sözügedən müqavilənin imzalanmasından sonra Çinin İranın nəqliyyat və tranzit yollarına sərmayə yatırması yolun tezliklə tamamlanmasında əhəmiyyətli rol oynayacaq. Bu prosesin Azərbaycan üçün faydası ondan ibarətdir ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə nə qədər çox yük daşınsa ölkəmizin əldə etdiyi tranzit gəlirlər də bir o qədər artacaq.

Mütəxəssislərin hesablamalarına görə, yaxın gələcəkdə Asiya ilə Avropa arasındakı ticarət dövriyyəsinin həcmi 200 milyard dollar olacaq. Bu əlaqələrin genişlənməsi isə tranzit yolların qısalmasını və yüklərin mənzil başına tez çatdırılmasını tələb edir. Bu günlərdə Süveyş kanalında baş verən hadisə isə onu göstərdi ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ilə Asiya arasındakı ticarət əlaqələrində olduqca böyük əhəmiyyətə malikdir.

Bir faktı da qeyd etmək yerinə düşər. ABŞ İran iqtisadiyyatının müxtəlif sahələrinə sanksiyalar tətbiq etsə də Çabahar limanını sanksiyalardan kənarda saxlayıb. Bu, ABŞ-ın regiondakı müttəfiqləri üçün böyük şanslar yaradıb.

AZƏRTAC

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button