ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Tehranda Azərbaycan ilə İran arasındakı mədəni əlaqələrin perspektivləri müzakirə olunub

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə bu ölkənin mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi İsmaili ilə görüşüb.

 görüşdə mədəniyyət və incəsənət sahələrində əlaqələrin davam etdirilməsi və daha da möhkəmləndirilməsi, beynəlxalq və regional təşkilatlar çərçivəsində mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsi, mədəni mübadilə proqramlarının, qastrolların, sərgi, konfrans və digər birgə tədbirlərin təşkili məsələləri müzakirə olunub.

Səfir Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın vaxtilə işğal altında olan ərazilərində tarixi və mədəni abidələrin, məscidlərin dağıdılması və təhqir olunması haqqında məlumat verərək, onların bərpasının və qorunmasının ölkəmiz üçün prioritet təşkil etdiyini bildirib. Səfir Azərbaycanın “Mədəniyyət naminə sülh” qlobal kampaniyası təşəbbüsü ilə çıxış etdiyini və İranın da nüfuzlu mədəni, ictimai-siyasi xadimlərinin bu təşəbbüs çərçivəsindəki fəaliyyətlərə qoşula biləcəyini də diqqətə çatdırıb.

Görüşdə, həmçinin qarşılıqlı səfərlərin təşkil olunması və pandemiya şəraitinin yaxşılaşması ilə mədəniyyət günlərinin keçirilməsi ənənəsinin bərpası, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button