ArxivIslamNardaranXəbər lentiXəbərlər

Sabunçunun deputatı: “Nardaranda hamı nəzarətdədir”

Deputat deyir ki, Nardaranda keçmişdəki kimi cinayətkar dəstələr yoxdur.

“Məlum hadisələrdən sonra Nardaranda qanun pozuntularına, cinayətkarlığa rast gəlinmir”.

Bu sözləri Sabunçunun deputatı, Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev modern.az-a açıqlama verib.

Deputat bildirib ki, Nardaranda qanun pozuntularının sayı nəinki azalıb, demək olar ki, heç yoxdur. Amma xırda qanun pozuntuları ola bilər”.

“Qəsəbədə keçmişdəki kimi qanun pozuntuları edən şəxslər, cinayətkar dəstələr yoxdur” – deyə deputat bildirib.

Millət vəkili qeyd edib ki, Nardaranda narkomaniyanın qarşısı tam alınıb: “Hamı nəzarətdədir. Bir sözlə, Nardaranda həyat öz axarında davam edir”.

Qeyd edək ki, 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində “Müsəlman Birliyi” hərəkatının sədri Taleh Bağırov və tərəfdarları saxlanılıb.

Əməliyyat zamanı 2 polis əməkdaşı, 4 qəsəbə sakini həlak olub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button