AktualAktualArxivFatimi yaşayişIslammədəniyyatQarabağSosialXəbər lentiXəbərlər

İran Prezident Administrasiyasının rəhbəri: İranın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqei bu ölkə xalqına sevgini əməli şəkildə göstərməkdir

Mahmud Vaizi: “Tutduğumuz mövqe və addımlarımız münasibətləri möhkəmləndirməyə, Azərbaycan dövləti və xalqına sevgimizi əməldə göstərməyə yönəlib.”

Qafqaz Həqiqətləri Prezident Administrasiyasının informasiya blokuna istinadla xəbər verir ki, Mahmud Vaizi Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə telefon danışığında deyib: “Tehran Bakının İran, Rusiya və Türkiyənin regionda sülh və sabitliyin qorunmasında daha aktiv və rəngli rol ifa etməsi təklifini alqışlayır.”

İran Prezident Administrasiyasının rəhbəri Azərbaycan və Ermənistan arasındakı ixtilafların beynəlxalq qanunlar və ərazi bütövlüyünə hörmətlə yanaşılması prinsipi əsasında həll edilməsinə təkid edib.

Vaizi Azərbaycan Prezidentinin İranın bu ölkənin ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı mövqeinə minnətdarlıq bildirməsinə təşəkkür edərək deyib: “Tutduğumuz mövqe və addımlarımız münasibətləri möhkəmləndirməyə, Azərbaycan dövləti və xalqına sevgimizi əməldə göstərməyə yönəlib.”

PA rəhbəri İran-Azərbaycan razılaşmaları, xüsusilə də son vaxtlardakı razılaşmaların həyata keçirilməsini sevindirici hal adlandıraraq deyib: “Bu razılaşmaların həyata keçməsi iki ölkə arasında genişlənməyə doğru gedən münasibətlərdə təsir qoyacaq.”

Azərbaycan Baş nazirinin müavini də bu telefon danışığında Azərbaycan Prezidentinin təşəkkürünü çatdırıb və deyib ki, biz Tehran-Bakı əməkdaşlığının bütün sahələrdə genişlənməsinə maraqlıyıq.

Şahin Mustafayev cəbhədə olan vəziyyətlə bağlı məlumat verərək bölgədəki problemlərin həllində Bakının İran, Rusiya və Türkiyənin daha aktiv və rəngli rol ifa etməsini istədiyini bildirib.

Mustafayev deyib: “İran və Azərbaycan arasındakı razılaşmalar da sürətlə icra olunmaqdadır və bu razılaşmaların həyata keçməsi ortaq əməkdaşlıqların genişlənməsində təsirli addım yaradacaq.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button