ArxivXəbər lentiXəbərlər

Türkiyə, Rusiya, İran və Suriya ittifaqı Suriya məsələsini həll etməyə yardımçı olacaq – Mütəxəssis rəyi

“Bizim üçün o Əsəd deyil, o suriyalılardır, məhz onlar Türkiyə üçün mühümdür. Və lazım gələrsə, biz Əsədi yox, Suriyalıları dəstəkləyəcəyik.”

İslamazeri.az-ın “Sputnik”-ə istinadən verdiyi xəbərə əsasən, Türkiyə Hərbi Kəşfiyyatının keçmiş başçısı general İsmayıl Hakkı Pekin bildirib ki, Türkiyə, Rusiya, Suriya və İran Suriyadakı çoxillik münaqişəyə son qoymaq üçün ittifaq yaratmalıdır.

“Mən hesab edirəm ki, hazırda bunlar baş verməlidir: Türkiyə Suriya ilə əməkdaşlıq etməlidir. Türkiyə, Suriya, Rusiya və İran – əgər bu ölkələr səylərini birləşdirsələr, o zaman ABŞ-ı sıxışdıra bilərlər və onlar geri çəkilər.”, – deyə general bildirib. Pekinin nəzərinə əsasən, ABŞ Suriyadakı birliyi dağıtmaq istəyir, Rusiya isə bu birliyi qorumağa çalışır.

Pekinin fikrincə, əgər adları çəkilmiş ölkələr ittifaq yaratmasalar, Moskva ilə Vaşinqton arasındakı razılığın pozulması davam edəcək və bununla da müharibə daha 10-15 il uzanacaq.

Bununla belə, Pekinin bəyanatına əsasən, Ankara daha çox effektivlik üçün Suriyadakı quru əməliyyatının keçirildiyi ərazini genişləndirməlidir. O güman edir ki, Türkiyənin xarici siyasəti “Suriya Prezidenti Bəşər Əsəd Ankaranın düşmənidir” etiqadına əsaslanmamalıdır.

“Bizim üçün o Əsəd deyil, o suriyalılardır, məhz onlar Türkiyə üçün mühümdür. Və lazım gələrsə, biz Əsədi yox, Suriyalıları dəstəkləyəcəyik.”, – deyə Pekin qeyd edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button