Aktual

Aşura Günü meydana çağıriş

Məhərrəm ayı ilə əlaqədar olaraq əzadarlıq məclisləri təşkil edən dindarların ən həssas günü Aşura hesab olunur. Ümumilikdə götürdükdə, Aşura Günü bütün ölkə boyu həmişə əzadarlıq məclisləri, yürüşlərin keçirilməsi və digər cəhətləri ilə xarakterik olub. Lakin son illər hakimiyyət dairələri tərəfindən bu məsələyə qadağaların tətbiq edilməsi heç də qarşı tərəfdən birmənalı qarşılanmır.
Artıq bir neçə ildir Aşura Günü insanlar başlarını yarmasın, qan tökməsin deyə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) qanvermə aksiyası keçirir. Hər il yığılan qanlar isə Səhiyyə Nazirliyinin Qann Fonduna təhvil verilir ki, ehtiyacı olanlara yardım edilsin. Amma bu kampaniyanı qəbul etməyənlər də az deyil. Məsələn, Rifah Vətəndaş Hərəkatı dünən sosial şəbəkələr vasitəsi ilə etdiyi çağırışında bəyan edib ki, həmin qanın Azərbaycandan olan xəstələrə sərf olunmasına qəti inanmırlar. «Biz tam əminik ki, Aşurada yığılan qanlar xəstələrə verilmir. İsrail doktorlarına satılır. Biz bu murdar işə ortaq ola bilmərik. Ona görə də, Aşura günü hamı meydana!»
Təşkilatın etdiyi çağırışda QMİ də sərt tənqid olunub. «QMİ yenə iş başındadır. Yaxınlaşan Aşura günündə milyonlarla insanın ölkə üzrə bir yerə cəm olub Aşura aksiyaları, əza məclisləri keçirməsindən qorxan hakimiyyət başlayıb qanvermə kimi oyuncaq aksiyalara. Əsas məqsəd dindarların başçılığıyla milyonların bir arada olmasına qarşı çıxmaqdır. Çünki hakimiyyət qorxur. Aşura zülmə etiraz günüdür. Hər məscidin ətrafına qayalardan hasar hörülsə də, Aşura yürüşləri keçiriləcək, lazimi şüarlar səsləndiriləcək».

 ——————————————————————————————————————————————————————–

Xeymələrdə qurulub məhşəri-kübra bu gecə,
Əli qoynunda gəzir həzrəti-Zəhra bu gecə.
Yarü ənsari-Hüseyn razü niyaz üstədilər,
Bu gecə möhlət axirdi namaz üstədilər,
Vəsl vəqti yetişib suzi-güdaz üstədilər,
Bəzmi-yarə hamısı oldu muhəyya bu gecə,
Ucalıb noh fələkə naleyi-tiflan Hüseyn,
Zeynəbi etdi qəmin söhbət-hicran-Hüseyn,
Taqəti can aparıb nəğmeyi-Quran Hüseyn,
Əcəba olmadı viran hamı dünya bu gecə.
Əlləri üstə alıb Əsğəri biçarə Rübab,
Yandıran sözlərilən aləmi eylərdi kəbab,
Xanə səbrimi ahın ilə dedi etmə xərab,
Nə südüm var nə suyum,neyləyim bu gecə.
Nehzətin lazımı olmuş batasan qanə gərək,
Gedəsən həzrəti-Zəhra yanına qanlı ürək,
Baği-cənnətdə gözləyər yolunu huru mələk,
Sənə xatir bəzənib şaxeyi-tuba bu gecə.
Badə nuşan ələstin ürəyi vəslə əsir,
Dərk edə məhzəri-cananı ürəklər tələsir,
Zeynəbin çarəsin əldən səhərin fikri kəsir,
Yanar odlara düşüb Zeynəbi-Kübra bu gecə.
Kim səhər peykəri üryanə əza saxlayacaq,
Kim o üryan bədəni görcək ürək dağlayacaq,
Qoyun asudə yata, Zeynəb ona ağlayacaq,
Yetəcək başa onun izzəti guya bu gecə.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button