Xəbərlər

Böyük Rəhbərin, ordu tələbələrinin məzuniyyət mərasimində çıxışları +FOTO

İslam İnqilabının Böyük Rəhbəri hökumətin diplomatik fəaliyyətlərini himayə ediblər.

 Həzrət Ayətullah Xameninin əsərlərinin qorunub nəşr edilməsi fondunun informasiya çatdırma saytı məlumat verib: İslam İnqilabının Böyük Rəhbəri ordu tələbələrinin məzunluq mərasimində buyurublar: Biz hökumətin diplomatik fəaliyyətlərini himayə edib diplomatik təşəbbüslərə əhəmiyyət veririk və son səfər olaylarını himayə edirik. Əlbəttə Nyu-York səfərində baş verənlər olayların bəzisi bizcə yersiz idi. Ancaq hökumətin diplomatik heyətinə nikbinik.

Böyük Rəhbər Əlavə ediblər: Amerikalılara bədbinik və onlara heç etimad yoxdur. ABŞ hökuməti etimad ediləsi deyil, təkəbbürlü , məntiqsiz və əhd-peymana sadiq olmayandır və eləbir hökumət işdədir ki, beynəlxalq Sionist şəbəkəsinin işğalında olaraq qəsbkar rejimi yola verib onunla yumşaq davranır.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin İran xalqının heç vaxt bir ölkə üçün hədə olmadığına təkid edərək, silahlı qüvvələrin İslam hakimiyyətini qorumaqda güclü olduğuna işarə edib əlavə etmişlər: Ordu, Sepah, Bəsic və Nizam-intizam qüvvələri düşmənlərin intriqasının qarşısında möhkəm bir maneə kimi olmalıdırlar.

Silahlı qüvvələrin baş komandanı İran xalqı düşmənlərinin təkrar və nifrət doğuran hədələrinə işarə edərək təkidlə bildirmişlər:

İranı danışıqla hədələməyə öyrənənlər bilməlidirlər ki, İran xalqına qarşı hər bir şər işin cavabı da ciddi və ağır olacaq.

Həzrət Ayətullah Əl-üzma Xamenei əlavə ediblər: İran xalqı həm öz amalları və maraqlarını müdafiə uğrunda əzmkar olduğunu həm də sağlamlıq , sülh və tolerantlıqla həyat sürməyə əzmkar olduğunu əks etdirmişdir.

İslam İnqilabının Böyük Rəhbəri İİR ordusu, xüsusilə də hava qüvvələrinin 8 illik müqəddəs müdafiə dövründə şücaət və canfəşanlıqlarını habelə bu müdafiə şəhidlərinin xatirələrini əzizləmişlər.

 irib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button