Aktual

Böyük İnqilab Rəhbərinin Bəsic həftəsi münasibəti ilə çıxışı +foto

İslam İnqilabının Böyük Rəhbəri İranın Bəsic komandanları və Bəsic bölmələrinin əzəmətli toplusu qarşısında etdikləri çıxışlarında vurğulayıblar: ABŞ dünyanın imperialist dövlətlərinin önündə durur.

İran Silahlı Qüvvələri Ali Baş Komandanı bu gün (20 noyabr) Tehranın İmam Xomeyni(r.ə) müsəllasında Bəsic həftəsi münasibəti ilə etdikləri önəmli bəyanatlarının davamında vurğulayıblar: Beynəlxalq imperialisti tanımaq lazımdır ki, onun rəftarına uyğun siyasət yürütmək mümkün olsun.
“İslam quruluşu Quran təlimlərinə əsasən bütün insanlara xidmət edir və məhəbbətlə yanaşır. İslam hamı ilə dostcasına əlaqə qurmaq istəyir.” Deyə Böyük İnqilab Rəhbəri xatırladıblar: İslam quruluşu, zalım siyasətçiləri olan Amerikanın xalı ilə belə münasibətlərinin dostcasına olmasını istəyir.” Dünya müsəlmanlarının Vəliyyi Əmri önəmli bəyanatlarının digər hissəsində İslam quruluşunun beynəlxalq imperialistin əleyhinə mübarizə apardığını qeyd edərək deyiblər: Bu gün mövcud beynəlxalq imperializm quruluşunun pis xüsusiyyətlərinə laqeyd yanaşmamaq lazımdır.
O həzrət özünü başqalarından yuxarı bilməni beynəlxalq imperializmin mühüm xüsusiyyətlərindən sayıb və xatırladıblar: Beynəlxalq bir quruluş təşkilatın başında duranlar və özlərini yüksək və mehvər bilənlər dünyada təhlükəli bir balanslar yaradır və özlərini məsələlərə müdaxiləçilikdə haqlı bilirlər.
İslam İnqilabının Böyük Rəhbəri beynəlxalq imperializmin regionla bağlı siyasətlərinə də münasibətlərini bildirib və vurğulayıb: Bunlar elə bir cür rəftar edir və danışır ki, guya region xalqları Sionist İsrail rejimini qəbul etməkdən başqa yolları yoxdur. Həzrət Ayətullah Əl-Üzma Xamenei cənabları əlavə olaraq deyiblər: Beynəlxalq imperialistin xüsusiyyəti haqqa tabe olmamasıdır, belə ki nə haqq söz danışmır nədə ki xalqların hüquqlarına riayət etmir. Müxtəlif yollarla haqq sözü rədd edir və ona tabe olmurlar, xalqlara qarşı cinayət törətməkdə özlərini haqlı bilirlər və onları müşayiət etməyənlər üçün önəm vermirlər.

 

 irib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button