qafqaz.ir “ABNA”ya istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xamenei Şərqi Azərbaycan vilayətindəki nümayəndəsi və Təbrizin İmam Cüməsi Höccətül-İslam Ali-Haşiminin anasının vəfatı ilə əlaqədar başsağlığı mesajı verib
İslam İnqilabı Rəhbərinin mesajında deyilir:
“Bismilləhir-Rəhmanir-Rəhim.
Hörmətli Höccətül-İslam Seyid Məhəmməd Əli Ali-Haşimi!
Sizə, ailənizin digər üzvlərinə və xüsusilə də, hörmətli atanıza möhtərəm ananızın vəfatı ilə əlaqədar başsağlığı verirəm. Mərhumə üçün Allahdan rəhmət və günahlarının bağışlanmasını diləyirəm. Sizə və atanız üçün salamatlıq arzu edirəm.
Seyid Əli Xamenei
16 May 2021-ci il