ArxivXəbər lentiXəbərlər

Qum şəhərində təhsil alan gənc həbs olunub

İranın Qum şəhərində təhsil alan Cəlilabad rayon sakini Şamxal Eyvazov saxlanılıb

İranın Qum şəhərində təhsil alan Cəlilabad rayon sakini Şamxal Eyvazov saxlanılıb. Bu barədə Meydan TV-yə onun ailəsi məlumat verib. Bildirilir ki, Şamxal Eyvazov martın 16-da Astara sərhəd-keçid məntəqəsində saxlanılıb və Bakıya aparılıb.

3-4 gün sonra isə ona heç bir problem olmadığı deyilib: “Ancaq ölkədən çıxışına qadağa qoyulmuşdu. Şamxal özü təbabət üzrə təhsil alır. Hər gün də qadağanın götürüləcəyi deyilirdi. Aprelin 27-də isə narkotik ittihamı ilə saxlanılıb. Guya üzərindən 1 kq narkotik varmış”.Ailəsi Şamxal Eyvazovun müxalifətçi qohumlarına görə həbs olunduğunu desə də, onların adlarının açıqlanmasını istəmir.

Şamxal Eyvazovun hazırda “Bandotdel” kimi tanınan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığı bildirilir: “Şamxal özü ictimai-siyasi fəaliyyətdən tamam uzaq adamdır. Elmə, təhsilə meyllidir, həkim olmaq istəyir. Mömindir. “Sizinyol.com” saytında mənəviyyatla, elmlə bağlı yazıları olurdu. Onun narkotiklə şərləyirlər. Müxalifətçi qohumlarına görə siyasi sifarişlə həbs ediblər. Bizdə olan son məlumata görə, artıq cinayət işi açılıb, işi Şöhrət adlı müstəntiq aparır. Ancaq Şamxal verilən ittihama imza atmaq istəmir. Yəqin ki, indi onu işgəncə, təzyiq altında saxlayırlar. İmza atması üçün işgəncə verilməsindən narahatıq”.

Gəncin ailəsi vəkillə danışıb, lakin həftəsonu olduğundan vəkil order almaq və Şamxal Eyvazovla görüşmək üçün bazar ertəsini gözləməyi lazım bilib. (criminalaz)

Rəsmi açıqlamaya görə, aprelin 27-də keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonunda saxlanılan şəhər sakini Şamxal Eyvazovdan çəkisi 1 kiloqram 277 qramdan artıq narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.

 Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button