ArxivIslammədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İmam Xamenei “Təbiət Həftəsi” münasibətilə bu gün iki ağac əkib – FOTO

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün “Təbiət Həftəsi” münasibətilə iki meyvə ağacı əkib.

İslam İnqiabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei ağacəkmə günü və təbii sərvətlər həftəsi münasibətilə bu gün iki ədəd meyvə fidanı əkiblər.

O həzrət bir çıxışda bitkini və yaşıllığı bəşəriyyət sivilizasiyanın qurulmasında və yaşayışda mühüm bir amil adlandırıblar.

Həzrət Ayətullahuluzma Xamenei əsas qanunda ətraf mühitin önəminə də toxunublar. O həzrət ölkənin iqlim və ekoloji müxtəlifliyini gənclərin və xalqın müxtəlif təbəqələrinin ekologiya sahəsində fəaliyyət göstərmələri üçün münasib bir zəmin adlandırıblar.

Qafqaz.ir İslam İnqiabının Böyük Rəhbəri meşələr, təbii mənbələr və yeraltı nemətlərin mənfəətpərəst şəxslər tərəfindən dağıdılmasından təəssüf ifadə edərək, vurğulayıblar: Ətraf mühitin dağıdılması böyük bir bəladır və bəşəriyyətin gələcəyini hədərə verir. Buna görə, məsul şəxslər və bütün xalq onun qarşısında dayanmalıdırlar.

Həzrət Ayətullahuluzma Xamenei nohurlar və göllərin quruması, həmçinin meşələrin yanması kimi hadisələrə işarə edərək, vurğulayıblar: Bu hadisələrin qarşısını almaq olar və öz vəzifələrinə əməl etməyən məsul şəxslər təqsirə düçar olurlar.

İslam İnqiabının Böyük Rəhbəri yeni günəş ili ərəfəsində koronavirus məsələsinə toxunub və belə qeyd ediblər: Keçən il bayram günlərində xalq tövsiyələrə tam şəkildə əməl edərək, böyük bir bəlanı ölkənin başından uzaqlaşdırdı, amma bu il təhlükə daha çox və daha əhatəlidir. Buna görə, bu il də hamı tövsiyələrə riayət etsin.

Qafqaz.ir  Leader.ir-ə istinadən fotoları təqdim edir:

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button