ArxivXəbər lentiXəbərlər

“Ölkəmizi daha çox daxili ermənilərdən qorumaq lazımdır”

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ölkədə baş verən son proseslərlə bağlı moderator-a müsahibə verib.

– Aleksandr Lapşinin Azərbaycana gətirilməsini hərə öz arşını ilə ölçür. Sizin qiymətləndirməniz necədir?

– Biz torpağımızı canımız-qanımız qədər sevirik. Bizim düşmənimiz ermənidir, amma elə şeylər var ki, siyasi səhv etmək olmaz. Azərbacanın prezidenti Rusiya ilə münasibətlərini nizama salmaq istədiyi bir məqamda bu həbs doğru deyildi. Məncə bu olayda başqa qüvvələrin əli var, onlar Qarabağ probleminin Azərbaycanın xeyrinə həll olunmamasını istəyən şəxslərdir.

– Ölkə ictimaiyyəti, televiziyalar isə başqa fikirdədir. Onlar Lapşinin həbs olunmasını tarixi qələbə kimi təqdim edirlər.

– Televiziyalar bunu az qala qəhrəmanlıq kimi təqdim edir. Amma bu qəhrəmanlıq deyil. Qəhrəmanlıq Qarabağı işğaldan azad etmək olar. Azərbaycan hakimiyyətinin içində Lapşindən də pis məmurlar var. Onlar xalqı prezidentin üzərinə qaldırırlar. Söhbət Qarabağa gedən şəxslərdən düşübsə, bu günə qədər çoxlu sayda rusiyalı müğənni Qarabağda olub, sonra onlar gəlib Azərbaycanda dolu zal önündə konsert veriblər. Erməni qadınlar bu gün Eynulla Fətullayevin saytına gətirilir, onlara ev verilir. Mən də belə hesab edirəm ki, ölkəmizə gələn erməni qadınlar ermənilərlə qarşığı olan məmurların qohumudur.

– Necə hesab edirsiniz, Lapşinin həbsi Azərbacanın Rusiya və İsraillə münasibətlərinə mənfi təsir edə bilərmi?

– Bu həbs düzgün deyildi, ölkəmizin Rusiya ilə münasibətlərini pozmaq istəyən qüvvələr bundan istifadə edə bilər. Mən ölkə prezidentinin yerinə olsam Lapşini əfv edərəm. Biz Rusiya ilə konfliktə getməməliyik. Mənim hörmət etdiyim Mübariz Əhmədoğlu çıxış edib bildirdi ki, biz Rusiyada daha böyük işlər görəcəyik, filan yerdən filana adamı gətirəcəyik. Mübariz müəllim bilmirmi ki, Rusiyada 3-4 milyon azərbaycanlı var, niyə onların yerini soyuq edir? Bu gün bir qrup məmur Azərbaycan – Rusiya münasibətlərini sabotaj etmək üçün bütün vasitələrdən istifadə edir. Ölkə rəhbərliyi Rusiya ilə münasibətləri yaxşılaşdırmaq üçün addımlar atır, ictimai-sosial-humanitar layihələr həyata keçirir. Amma bir şəxsi həbs edərək bütün bu işlərə kölgə salan qüvvələr öz məkrli planlarından əl çəkmirlər.

– Prezidentin Avropaya səfərindən dərhal sonra bu hadisənin baş verməsinin təsadüf olmadığını iddia edənlər də var…

– Prezident Avropaya səfər edən kimi Lapşin həbs olundu, Qarabağda vəziyyət yenidən gərginləşdi. Jirinovski dünən dedi ki, ermənilər qalxmalıdır, Putin də ona kömək edəcək. Bu hamısı Lapşinə görə idi. Problemləri sülh yolu ilə həll etmək lazımdır.

– Cəbhə bölgəsindəki vəziyyətin yenidən gərginləşməsi haqda məlumatlar dolaşır, bu haqda hansısa informasiyanız varmı?

– Bəli, hazırda cəbhə bölgəsində vəziyyət gərgindir. Bu barədə bizə rayon təşkilatlarımız məlumat verib. Qaçqınların vəziyəti çox gərgindir. Amma Qaçqınkomun rəhbəri və ailə üzvləri lüks həyat yaşamaqdadır. Biz belə halların olmasını istəmirik. Partiyamızın belə halların olmasına qarşı mitinqlər keçirməyi planlaşdırıması barədə qərarımız olub artıq.

– Cəbhə bölgəsində vəziyyət gərginləşsə planlaşdırdığınız mitinqi təxirə salacaqsınızmı?

– Təbii ki, bizim üçün ilk öncə dövlətçilik maraqlarıdır. Qarabağda döyüş getdiyi bir məqamda partiyamız Bakıda mitinq keçirməyəcək heç zaman. Biz dövlətimizin, prezidentimizin yanındayıq. Prezident yol xəritəsi çızdı, plan qoydu ortaya, ölkədəki 5-ci kolon o dəqiqə işə düşdü, aranı qarşıdırdılar. Ölkədə qiymətlər qalxır, insanlar kin- küdurət içindədir.

– Etdiyiniz çıxışlara görə adını çəkdiyiniz məmurlar tərəfindən hansısa formada təzyiqlə üzləşmisinizmi?

– Hazırda mənim telefonlarıma qulaq asırlar. Qulaq asma səbəbləri də mənim prezidenti müdafiə etməyimdir. Heydər Əsədov və onun kimilər mənə qarşı kampaniyaya başlayıblar. Sayt açıblar, saytda ölkədə düzgün işləyən, ölkəni inkişaf etdirən məmurlar haqqında xoşagəlməz yazılar verirlər. Bunların işi budur, onlar Azərbaycanı heç vaxt düşünməyiblər. Ölkəmizi daha çox daxili ermənilərdən qorumaq lazımdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button