ArxivIslammədəniyyatSONXƏBƏRLƏRTarixXəbər lentiXəbərlər

Media nümayəndələri Cümə məscidində oldular – Fotolar

Xəbər verdiyimiz kimi, bu gün media orqanları rəhbərləri və sosial media fəalları Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi ilə Ağdama səfər ediblər.

“Qafqazinfo” xəbər verir ki, səfər çərçivəsində onların Ağdamda Cümə məscidinə ziyarəti təşkil olunub.

Ağdam məscidi bir zamanlar ölkənin ən inkişaf etmiş şəhərində vandalizmdən geriyə qalan tək tikilidir.

Prezident İlham Əliyev ilə Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad olunmuş Ağdama səfərləri zamanı dövlət başçısı Məkkədən gətirdiyi “Quran”ı buraya hədiyyə etmişdi.

Qeyd edək ki, Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Bu məscid “Qarabağ məscid memarlığı” məktəbinə aiddir.

Cümə məscidi ölkə əhəmiyyətli abidələr siyahısındadır.




Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button