İctimai və siyasi xadim Eldəniz Quliyev fevralın 7-si saxlanılan gənc fəal, Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hünbətov barəsində hələ də açıqlama verilməməsinə münasibət bildirib.
O, vurğulayıb ki, baş verən hadisə adam oğurluğudur: “Bu barədə mənim mövqeyim birmənalıdır. Bunu ancaq adam oğurluğu kimi tövsif etmək olar. Ümumiyyətlə belə təcrübədən uzaqlaşmaq lazımdır. İnsanı həbs etmək və yaxud da saxlamaq olar. Amma bunu qanun çərçivəsində etmək lazımdır. Günün günorta çağında insanı maşına mindirib aparmaq və 2 gündür yaxınlarına məlumat verməmək hüquqi dövlətə yaraşmayan addımdır.