ArxivXəbər lentiXəbərlər

İranda türkmənlərin yaşadığı şəhər “Dünya Xalça Şəhəri” olub

İranın Gülüstan əyalətində türkmənlərin yaşadığı Günbəd Kavus şəhəri “Dünya Xalça Şəhəri” olaraq seçilib.

İslamazeri.com xəbər verir ki, Gülüstan əyalətinin Mədəni İrs, Sənətkarlıq və Turizm baş direktoru İbrahim Kərimi türkmənlərin toxuduğu nəfis xalçaları dünyaya tanıtmaq üçün böyük əmək sərf etdiklərini və ən sonda bu ünvanı bu şəhər üçün qazanmağa nail olduqlarını bildirib.

Kərimi bu istiqamətdə indiyədək bir çox festival və mədəni tədbirlər keçirərək Gülüstanın və türkmənlərin sənətkarlıq məhsullarını və mədəniyyətlərini yerli və xarici turistlərə tanıtdıqlarını qeyd edib.

Həmçinin “Farsnews” müxbirinin məlumatına görə, Tehranın Milad qülləsi, iranlı etnik qrupların festivalına ev sahibliyi etdiyi tədbirdə Gülüstan əyalətinin türkmən heyəti də iştirak edərək xalq oyunlarını nümayiş etdirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button