Aktual

Ey dost, sən kimi ziyarət edirsən?

Hamımız bir ağızdan “Əllahummə Kunli “ – “Fərəc” duasını oxuyacağıq. Bəzən onunla bağlı hədis və rəvayətləri eşidəndə, bəzən də “youtube”də Həzrətlə bağlı klip və ya çıxış bizi ağladacaq. Bəs bu kifayət edirmi ki, bizə İmam Zamanı gözləyən, intizarında olan adı verilsin, biz müntəzir kimi tanınaq?

Görəsən İmam Zaman zühura kimi kimləri ziyarət edir? Dildə islamın işlərini həll edən, əməldə isə özünə əziyyət verməyən şəxsimi? Yoxsa, nemətləri İmam adı ilə minnətlə xərcləyən kəsi? Bəlkə, özü tox ola-ola dostundan bixəbərimi? Sizcə İmam, dosta paxıl, düşmənə yumşaq və dünyaya aşiq, ancaq zahirdə “İmam müntəziri”yəm deyənin ziyarətinə gedərmi? Bəlkə İmam dörd divar arasında “razıyam Ya Allah” deyəni ziyarət edir?
Bunu düşünürükmü? Heç bunun intizarındayıqmı?
Heç İmama yaxın olmaq istəyirikmi? İmam bizi ziyarət etməsini arzulayırıqmı? Axı qonaq istəyən şəxs əvvəl qəlb evinə süpürgə çəkər, günahlarını tövbə yağışı ilə yuyar. Yoxsa bunlar da artıq nağıldı bizim üçün? Əstəğfirullah…

Allahın Peyğəmbəri (s) buyurur: ”Mənim ümmətimin ən üstün işi fərəc intizarında olmaq və Allahdan onun baş verməsini istəməkdir.”
İmam Sadiq (ə) isə bu haqda buyurur : ”Kim bu iş sahibinin (imam Zamanın zühurunun) intizarını çəkən halda ölsə, Qaimlə birlikdə onun xeyməsində olmuş kimidir. Xeyr! Bəlkə hətta Allahın Peyğəmbərinin (s) kənarında qılınc çalan şəxs kimidir.”

Allah bizləri İmam Zamanın müntəzirlərindən, onun dostları ilə dost, düşmənlərilə düşmən olanlardan qərar versin!

Allah İmamın  mövludunu mübarək qərar versin!

Əli Həsən

islamazeri.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button