ArxivIslamXəbər lentiXəbərlər

Moskva İrəvana o vaxt “dur” əmri verəcək ki…

Rusiya cəbhədə hökm sürən hazırkı vəziyyətlə bağlı Ermənistana heç bir təzyiq göstərməyəcək.

Bu sözləri qafqaz.ir-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspertin sözlərinə görə, ATƏT Minsk Qrupunun ümumi bəyanatından sonra həmsədr dövlətlər, özəlliklə də Rusiya hər hansı ciddi bəyanatla çıxış etməyəcək:

“Dağlıq Qarabağ məsələsi elə bir münaqişəyə çevrilib ki, artıq dünya ictimaiyyəti hərəkətə keçməlidir. Rusiyanın birmənalı siyasi mövqeyi erməniləri daim dəstəkləməkdən ibarətdir. Məlum məsələdir ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantısı Azərbaycanda keçirilirsə və Bakı 21-ci əsrin müqaviləsinə ev sahibliyi edirdisə, bu, heç də bütün dövlətləri razı sala bilməz. Moskvanın belə bir zamanda səssiz qalması o anlama gəlir ki, Rusiya cəbhədə hökm sürən hazırkı vəziyyətlə bağlı Ermənistana heç bir təzyiq göstərməyəcək. Azərbaycan bütün cəbhə boyu üstünlüyü ələ keçirdiyi halda Moskva İrəvana təzyiq göstərəcək və “dur” əmri verəcək. Eynilə, ötən ilin aprelində olduğu kimi”.

Politoloqun qənaətinə görə, hazırda cəbhədə hökm sürən gərginlik aprelin 2-nə, yəni Ermənistanda keçiriləcək parlament seçkilərinə qədər davam edəcək:

“Ohanyan, Sərkisyan və digər partiya bloklarının öz seçki platformalarında sülh çağırışları sadəcə siyasi gedişlərdir. Onlar öz vətəndaşlarını sakitləşdirməyə çalışırlar və separatçılara verdikləri sözün arxasında dura bilmədiklərinə görə bu cür addımlar atırlar”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button