ArxivXəbər lentiXəbərlər

Gürcüstanda “Kərbəla hadisəsinin həqiqətləri” mövzusunda seminar keçirilib

Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Kərbəla hadisəsinin həqiqətləri” mövzusunda Müsəlman Qadınlar İcmasının növbəti elmi seminarı keçirilib.

Bu barədə Gürcüstan Müsəlmanları İdarəsinin sədri hacı Ramin İgidov məlumat verib.

O deyib ki, elmi toplantının iştirakçıları əsasən xanımlar, din xadimələri və tələbələrdən ibarət olub.

Seminarda tanınmış islamşünas Hacı Məhəmməd Baqir Saivər, “Alulbeyt” adına Mədəniyyət Mərkəzinin sədri hacı Faiq Nəbiyev, Müsəlman Qadınlar İcmasının üzvü Xəyalə Əliyeva və həzrət Zeynəb (s.ə) Birliyinin üzvü Rəna Yolçuyevanın iştirakları və mövzu ətrafında çıxışları olub. Video çarxlarla mərsiyələr izlənilib.

Seminarın sonunda hacı Ramin İgidov ruhani qonaqlarla məhərrəm ayında (Ərbəin gününə qədər) “Zeynəbin (s.ə) carçıları” adlı aksiya çərçivəsində dəstə şəklində bölgələrdə müsəlman xanımlarla görüşəcəklərini bildirib, onlara Kərbəla həqiqətlərini çatdıran İcma üzvlərinə hədiyyələr təqdim edib.

Seminar sonrası iştirakçılar ehsan süfrəsinə dəvət olunublar.

– See more at: http://salamnews.org/az/news/read/193814#sthash.OcBdvtKd.dpuf

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button