ArxivXəbər lentiXəbərlər

Rusiyadakı tanınmış yazıçımızdan deputat Astan Şahverdiyevin “otxod” sözünə cavab

Tanınmış yazıçı İlqar Kamil mühacirətdə olan azərbaycanlılarla və onları təhqir edən deputatla bağlı fikirlərini qələmə alıb.
Hədəf14.az həmin yazını sizə təqdim edir.
“Mühacirətdə olan azərbaycanlılarla bağlı belə bir qınaq olub həmişə: ermənilər kimi güclü deyillər, yaşadıqları ölkələrin dövlət strukturlarında təmsil oluna bilmirlər və s. Məncə, elə də haqsız söhbət deyil və bunun ən ümdə səbəbi mühacir azərbaycanlının yaşadığı ölkədə əli çamadanlı yaşamasıdır; ermənidən fərqli olaraq azərbaycanlının bir ayağı daim vətənindədir; bir ev qürbətdə alırsa, birini də vətənində tikdirir, qurduğu biznesini yavaş-yavaş vətəninə transfer etməyə çalışır, gələcək həyatını yalnız vətənində xəyal edir; o bura qayıtmaq üçün gəlib, qayıdır da, amma bəzən dünyasını dəyişərək. Bu yaxşı ya pis haldı, deyə bilmərəm, fəqət fikir verin, istisna halları çıxsaq, bütün azərbaycanlılar məhz vətənində dəfn olunur. Bir sözlə, dünya azərbaycanlıları haqda qısa təqdimat ifadəsi işlətmək istəsək “əli çamadanlı” azərbaycanlılar çox da yersiz ifadə olmaz, düşünürəm”.
“Əslində bu söz üzərində bir xeyli manevr etmək olardı, amma mən bunu deyirəm. Nə sirri-Xudasa azərbaycanımızla bağlı ən gözəl işləri quranların böyük əksəriyyəti elə əliçamadanlılıq həyatı yaşayanlar olub! Bir baxın, Respublikamızın qurucularından götürün ta indiyə qədər, ziyalılarımızın bir xeyli hissəsi məhz mühacir həyatı yaşamayıbmı? Yaşayıb axı! Vətən də dağ kimiymiş sən demə, onu tam, dəqiq, bütün olaraq görə bilmək üçün bir müddət kənara çəkilmək, uzağında dayanmaq lazımmış, bu ləyaqətli əli çamadanlılar da belə edib, və qayıtdıqdan sonra vətənin gördükləri yaralarına məlhəm olmağa çalışıblar, olublar da!
Bu boyda həqiqəti danmaq olarmı?
Odur ki, Şəxsən mən əziz mühacir xalqımıza “otxod” deyən məlum deputatın da, şiələrlə bağlı yeri gəldi – gəlmədi olmazın ittihamlar səsləndirən o biri təxribatçı deputatın da dediyi fikirləri belə dəyərləndirirəm: əslində, hər kəs hər şeyin fərqindədir; insanların bir-birindən yeganə fərqi, fərqində olduğu həqiqəti ifadə edib-edə bilməməsində, təhrif edib-etməməsindədir – məharət, ən çox da ləyaqət məsələsidir yəni, vəssəlam!
İllər qabaq, bir dəfə dostlar məni bir təkfirçi vəhhabi ilə görüşdürdülər, xeyli söhbətdən sonra ona dedim ki, yox, narahat olma, batil olduğuna etiraf etməni gözləmirəm, heç istəmirəm də, sadəcə lütfən bu dediklərim haqda düşün. Təsirlənmişdi necəsə, “düşünə bilmirəm, qardaş!” -dedi titrəyə-titrəyə, maşınını yolun o tayında, gözünün qabağında saxlamışdı, açarısa masanın üzərindəydi, götürüb dürtdüm ovcuna, “kiməsə ver açarı, çəksin o hədiyyəni gözünün qabağından, onda düşünə biləcəksən!” – dedim. Hamı gülüşdü”.
Məsələ budur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button