Aktual

Seçki ərəfəsində seçki müşahidəçisi döyüldü

Məni təhqir elədilər. Qapıdan çıxanda isə arxadan burnuma zərbə endirildi.

Oktyabrın 9-da 81 saylı Beyləqan Seçki Dairəsinin 8 saylı məntəqəsində AXCP rayon şöbəsinin sədri Füzuli Qəhrəmanlı döyülüb.

Bu haqda “Azadlıq” radiosuna Füzuli Qəhrəmanlı özü məlumat verib: “Mən Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi kimi məntəqədə mütəmadi qanun pozuntularını müşahidə edirdim. Komissiya sədri və katibi ilə bununla bağlı mübahisəm oldu. Məni təhqir elədilər. Qapıdan çıxanda isə arxadan burnuma zərbə endirildi. Çevrilmək istəyəndə ikinci zərbə vuruldu. Bundan sonra nə baş verdiyini xatırlamıram, qan içindəydim, gözüm tutulmuşdu”.

Füzuli Qəhrəmanlı deyir ki, polis şöbəsində ondan ilkin izahat alınıb: “İndi isə xəstəxanada həkim müayinəsindəyəm. Həkim deyir əməliyyat olunmalıyam”.

81 saylı Beyləqan Seçki Dairəsinin sədri Azər Əliyev AzadlıqRadiosuna deyib ki, hadisə məntəqədə yox, kənarda baş verib: “Çöldə dalaşıblar, məntəqənin yerləşdiyi ərazidə, adını qoyublar ki, hadisə məntəqədə olub. Məntəqədə belə hadisə baş verməyib”.

abna

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button