ArxivXəbərlər

Azərbaycanlı tələbələr İranda dərnək yaratdı + Foto

İranın  Beynəlxalq əl-Mustafa universitetinin “Fəlsəfə” fakultəsində təhsil alan bir qrup Azərbaycanlı tələblər tərəfindən “TOFA (Tam obyektiv fəlsəfə axtarışı)” dərnəyi təsis edilib.

Dərnəyin açılışını  yazar və tədqiqatçı Emin İmanlı açdı. O, dərnəyin adında keçən “obyektivlik”, “fəlsəfə” və “axtarış” anlayışlarını şərh edib, əqli elmlər sahəsindəki açıq və bağlı suallardan danışdı. Sonda isə fəlsəfi müzakirələrin analitik fəlsəfədə olduğu kimi üç prinsip- anlayışların aydınlığı, sübutetmə əməliyyatının riyazı ardıcıllıqla aparılması və müddəanın əsaslandığı önfərziyyələrinin təyin edilməsi əsasında aparılması zərirətindən danışdı.

Dərnəkdə çıxış edən əl-Mustafa universitetinin tələbəsi Rauf İmranoğlu fəlsəfi bəhslərin zərurət və ciddiliyindən, sübut mexanizminin riyazı olmasından söz açdı. Sonda isə, fəlsəfə fakultəsinin tələbəsi Xəyal Tofiqoğlu fəlsəfi elmlərin metodologiyasından və bu elmlərdə irəli sürülən problemlərin düzgün bir şəkildə irəli sürülməsi zərurətindən danışdı.

Həftə içi bir dəfə keçirilməsi nəzərdə tutulan dərnəkdə müxtəlif fəlsəfi problemlərinin müzakirələri gözlənilir. “TOFA” dərnəyinin əsas fəaliyyət itiqamətləri fəlsəfi, irfani və teoloji problemlərin müzakirəyə çıxılaraq obyektiv təklif, alternativ, cavab, həll və çıxış yolları barədə fikir mübadilələri aparılacaq./ Aypara.tv/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button